İrana məxsus texnologiya şirkətlərindən biri, nanoliflərdən elektrik stansiyası filterləri hazırlamaqla, texnologiyanı toz və çirklənmənin yaxşı udulması, elektrik stansiyası hissələrinin və avadanlıqlarının ömrünün uzadılması üçün istifadə edib.
Prezident yanında Elm, Texnologiya və Elm Təməlli İqtisadiyyat müavinliyinə istinadən verilən məlumata əsasən, elm təməlli bir İran şirkəti tərəfindən hazırlanmış nanoliflərə sahib elektrik stansiyası filterləri, toz və çirklənmənin udulmasını yaxşılaşdırır və bu yolla da hissələrin məhv olub aradan getmə təhlükəsini azaldır.
Hava filteri elektrik avadanlıqları hissələrinin toz-torpaq, çirklənmə və havada olan digər zərərli hissəciklərdən qorunması üçün istifadə olunan bir alətdir. Adi liflərdən daha az qalınlığa və daha çox xüsusi səthə sahib nanoliflər filtrasiyada çoxlu tətbiqlərə malikdirlər. Elektrospinning, sintetik və təbii polimerlərdən davamlı nanoliflərin istehsalında mühüm və təsirli proseslərdən biridir.
Filterin performansını və səmərəliyini artırmaq üşün elektrospin liflərdən istifadə olunur. Bu texnologiya toz-torpağın udulması səmərəliyinin artmasına səbəb olduğu halda, böyük təzyiq düşməsinə səbə olmur. Elektrospin liflər 100 nanometr qalınlığa sahib olub, filtr kağızı səthini eyni şəkildə örtür. Bu nanoliflərin materialı adətən poliamiddən olur.
Bu filterin ən əsas xüsusiyyətlərindən dəliklərin ölçüsünün azaldılmasıyla filtrasiya səmərəliyinin artırılmasına, səthi filtrasiydan və poliammiddən olan nanoliflərdən istifadə etməklə filterin ömrünün uzadılmasına işarə etmək olar. Bu məhsul, Prezident yanında Elm, Texnologiya və Elm Təməlli İqtisadiyyat müavinliyinin Nanotexnologiyalarının İnkişafı Mərkəzinin dəstəyi ilə Ənzəli Azad məntəqəsinin Setare Tabane Pak adlı elm təməlli bir şirkət tərəfindən itehsal edilib.