Elm təməlli şirkətlərdən biri, təyyarələrdə şüşələrin funksiyasının yaxşılaşmasına kömək edən nano örtük texnologiyasını yaratmağa nail olub.
Nano örtük texnologiyasından istifadə, şüşələrin funksiyasının yaxşılaşmasına kömək edərək işıq pərakəndəliyini azaldıb. Pərakəndə işıqların pilotların görmə qabiliyyətini pozmaması üçün nanolaylar vasitəsilə təyyarə şüşəsində işiq pərakəndəliyinin azaldılması mümkünləşib.
Bu məhsul, Prezident yanında Elm və Texnologiya müavinliyinin Nano Texnologiyalarının İnkişafı Mərkəzinin dəstəyi ilə elm təməlli Orang Sənaye Texniki Mühəndislik Şirkəti tərəfindən hazırlanaraq bazara çıxarılıb.
Səthi pozuntulardan yaranmış pərakəndə və səpələnmiş işıq, müxtəlif hissələrin optik funksiyasını zəiflədir. Bu, optik keyfiyyətin, kontrastın və bulanıq görüntü yaratmaqla görüntü şəffaflığının azaldılmasına şamildir.
BK7, optik alətlərdə müxtəlif tətbiqləri olan yüksək keyfiyyətli optic bir şüşədir. Bu məhsul, kimyəvi sınaqlarda yaxşı nəticə göstərdiyinə və asan hazırlanma prosesinə malik olduğuna görə, onun son qiyməti aşağı düşüb.
Bu şüşə, aviasiya sənayesi və orada istifadə olunan avadanlıqlarda, teleskop, teleskop mənzərə, osiloskop ekranı və ya təyyarə şüşəsi kimi müşahidə avadanlıqlarında retikul olaraq istifadə oluna bilər. Retikullar məsafə ölçənlər, iki gözlü binokullar, dərəcələrə bölünmüş teleskoların optik avadanlıqları və mikroskoplar kimi optik sənayelərdə istifadə olunan hissələrdir. Retikullar hər bir sənayenin ehtiyaclarına uyğun olaraq xüsusi şəkildə hazırlanıb istehsal olunur.
Nano örtük texnologiyası, belə şüşələrin funksiyasını yaxşılaşdırıb. Belə ki, güzgünün üzərini nanolaylar vasitəsilə örtmək, işıq pərakəndəliyini və səpələnməsini azaldır.