Nanotexnologiya, boyalar üçün yeni xüsusiyyətlər yaratmaqla, boyanın keyfiyyətinin və müqavimətinin artmasına, rəng istehlakının azalmasına səbəb olub.
Xarici KİV-in Prezident yanında Elm və Texnologiya müavinliyinə istinadən verdiyi məlumata görə, naotexnologiya, rəng istehsalında xammal olan rəng piqmentlərində təsir qoyaraq bazara yeni və tətbiq sahəsi daha çox olan məhsullar çıxarıb. Bu xüsusiyyətlərdən biri, müxtəlif sənayelərdə müxtəlif istifadələri olan tətbiq olunmuş rənglərin səs və istilik izolyasiyasıdır.
Elm təməlli Nili Fam Rey Boyama və Kimya Mühəndisləri Şirkəti, nanotexnologiyadan istifadə etməklə səs və istilik izolyasiya rəngləri istehsal edən məcmuələrdən biridir.
Bu rənglər vaqonların, gəmilərin, təyyarələrin gövdəsində, gəmi motorxanası kimi motorxanalarda, metal anbarlarda, termal bacalarda, maşın avadanlıqları otaqlarında, kommunal boru və tikinti avadanlıqlarında istifadə olunan rənglərdir.
Bu məhsul, müxtəlif səthlərin izolyasiyasında, enerji itkisinin qarşısının alınmasında və beləliklə lokomotiv gövdəsi və gəmi motorxanası kimi yerlərdə xərclərin azaldılmasında istifadə olunan 1000 hertz həddindəki istilik və səs izolyasiya rəngidir.
Bu rəng, elə bir formada hazırlanıb ki, aşağı qalınlıqda olmasına baxmayaraq, istilik keçiriciliyinin azaldılması və enerji itkisinin qarşısının alınması ilə yanaşı səsi izolyasiya edib geniş vibrasiya diapozonunu udur.
Bu ötrüklərin digər üstünlüyü, onların aşağı qalınlıqda olmalarıdır ki, bu da öz növbəsində quruluşa daha az ölü yük tətbiq edilməsinə səbəb olur və qatar yaxud gəminin metal strukturlarını qorunmaqla yanaşı daha az yer tutur.
Bu məhsul, Prezident yanında Elm və Texnologiya müavinliyinin Nano Mərkəzinin dəstəyi ilə kommersiyalaşaraq bazara çıxmağı bacarıb.