77 kq çəki dərəcəsində yarışan Muhəmməd Əli Gerayi, ikinci turda Norveçdən olan Xoan Akı 6-5 hesabı ilə məğlub edib. O, növbəti turda Bolqarıstandan olan dünya bürüncünə sahib Ayk Manatsakaniyanla qarşılaşıb və 7-0 hesabıyla (3 xəbərdarlıq) qələbə qazanaraq 4/1 finala yollanıb.
O, bu mərhələdə Norveçli Pərkorla mübarizə aparıb və 11-0 hesabıyla üstünlük əldə edərək yarım finala çıxıb. Yarım finalda isə Fransa güləşçisi Cani Bor üzərində 3-1 hesabı ilə qələbə qazanıb və finala vəsiqə əldə edib.
Gerayi, bu mərhələdə 23 yaşdan aşağı güləşçilər arasında dünya gümüş medalına sahib Aleksandrin Goto ilə yarışıb. 2-2 hesabı ilə nəticələnən bu görüşdə yüksək üstünlük əldə etdiyinə görə Gerayi, çempion olmağı bacarıb.