Müdafiə Nazirliyi: “Hacı Qasim raketi” “İsraili vuran raket”-dir

Müdafiə Nazirliyinin sözçüsü: Bu gün bizim ixtiyarımızda İsraili vuran raketlər adlandırdığımız raketlər var və onların hədəfi ilk növbədə işğal altındakı torpaqlardır.

General Rza Təlayi Nik Sentyabrın 24-ü Həmədanda Kəbudərahəng şəhərinin şəhidlərinin xatirəsində bu növ raketlərin istehsalının səbəbini izah etməklə yanaşı, deyib: Bizim silah sistemimiz təhdidlərlə uyğun olmalıdır. Bəzən əsassız məlumatlar yayan sionist rejimidir. Buna görə də, rəsmi şəkildə bildiririk ki, bizim ixtiyarımızda İsraili vuran raketlər var. Hacı Qasim raketi İsraili vuran raketdir.

O, həmçinin Bavər 373 raket sisteminə işarə edərək deyib: Bu sistemdə müxtəlif növ avadanlıq işlədilib və minlərlə hissə yalnız bir sistemdə istifadə olunub. Yəni, tutma, radar, identifikasiya və münaqişə sistemi bütün bunlar bu sistemdə nəzərə alınıb.

Müdafiə Nazirliyinin sözçüsü “biz bu gün regionun ilk müdafiə qüvvəsiyik” ifadəsini vurğulayaraq xatırladıb: Müharibənin əvvəlində tək idik, amma bu gün deyirlər ki, İran İslam Respublikasının rolu olmadan Yaxın Şərqdə heç bir bərabərlik tənzimlənə bilməz. Bu, əldə olunan müdafiə gücüdür.

Təlayi Nik əlavə edib: İran regionda sərhəd dəyişikliyinə icazə verməyəcəyini bildirdi. Bizim bəzi sərhəd məntəqələrimizdə bir neçə dəfə bu işi görmək istədilər, amma cəsarət etmədilər və bu işi görməyə yenə də cəsarət etməyəcəklər. Sərhədlər müəyyən edilmiş sərhədlər olmalıdır.

O, sözlərinin davamında deyib: İran bunu yüksək səslə elan edirsə, deməli dəstəyi var. Bu strategiyanın arxasında milli, müdafiə, xalq, vilayət gücü və iman gücü dayanır.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir