İranlı tədqiqatçılar ürəyin vəziyyətinin monitorinqi üçün süni intellektdən istifadə edərək, “həkimin diaqnostik köməkçisi” adlı cihaz hazırlayıblar.
EKQ testi ürək-damar mütəxəssislərinin insanın ürəyinin elektrik fəaliyyətini yoxlamaq üçün istifadə etdikləri diaqnostik bir testdir. Bəzən ürək döyüntülərinin monitorinqinə ehtiyac yaranır və həmin anda həkimə əl çatmır. Buna görə də, İranın elm təməlli şirkətlərindən biri intellektdən istifadə etməklə, ürəyin vəziyyətini yoxlamaq üçün kiçik və daşına bilən bir cihaz hazırlamağa nail olub.
Şirkətin baş direktoru Hüseyni Nejad bu cihaz barəsində deyib: “Bu cihaz bank kartı ölçüsündə kiçik və daşına bilən ürək EKQ cihazıdır. Bu cihaz insanın cibinə qoya biləcəyi qədər yüngüldür. İnsan özündə müəyyən əlamətlər görüdükdə, barmaqlarını cihazın üzərinə qoyarsa, bir neçə saniyədən sonra onun EKQ-sı qeydə alınacaq və bluetooth vasitəsilə yüksək keyfiyyətli ürək döyüntüsü mobil telefon üzərində görünəcək.”
Elektrik mühəndisliyi, proqram və texniki təchizat sahələrindən olan texnoloqlar tərəfindən hazırlanan bu cihaz təxminən 1.5 dəqiqə ərzində ürək məlumatlarını yoxlayaraq, təhlil edir.
Cihaz biləklərin formasına əsaslanaraq, hansı aritmiyanın baş verdiyini müəyyən edir və əslində həkim köməkçisinin gördüyü işi görür.
Bu məhsul kommersiyalaşdırma mərhələsinə çatıb və yalnız Almaniya, Amerika və Çin kimi ölkələr bu cihazın istehsalında lider olublar. İran istehsalı olan bu texnoloji məhsul xarici nümunələrinin qiymətinin üçdə birinə bərabər qiymətlə bazara çıxarılıb.
Bu məhsulu istehsal edən texnoloqların sözlərinə görə, onun ürək məlumatlarını təhlil etməkdəki dəqiqliyi mobil telefonlarda mövcud olan proqramlardan daha yüksəkdir. Həmçinin hər hansı bir ürək hadisəsini proqnozlaşdırmaq üçün ürək döyüntülərinin tez bir zamanda həkimə göndərilməsi mümkündür.