Milli Şəbəkənin yaradılmasıyla tədqiqatçıların laboratoriya avadanlıqları ilə bağlı problemlərinin həlli

Laboratoriya sənayesi ölkənin elmi inkişafı üçün ilk və əsas bünövrələrdən biri sayılır. Bu sahənin texnoloji qüdrətlərin yüksəldilməsindəki təsiri sübuta yetirilib.

Prezident yanında Elm və Texnologiya müavinliyinin Strateji Texnologiyaların Laboratoriya Şəbəkəsinin rəhbəri Rza Əsədi Fərd, Laboratoriya Şəbəkəsində aktiv olan dəstələrin sayı barəsində deyib: Mütəxəssislərin çoxluğuna baxmayaraq, ölkədə davamlı inkişafın həyata keçməsi ilk növbədə etibarlı və keyfiyyətli laboratoriya avadanlıqlarının əldə edilməsinə bağlıdır. Yəni, tədqiqatçıların texnoloji və innovativ ekosistemin ilk halqası olaraq lazım olan laboratoriya avadanlıqlarını əldə etmək imkanları olsun və öz elmi tədqiqatlarını etibarlı və istinad edilə bilən məlumatlar əsasında yerinə yetirə bilsinlər.

O, əlavə olaraq deyib: Laboratoriya sahəsində aktiv mərkəzlərdən ibarət şəbəkə yaradılmadan və bu dəstələrin öz avadanlıqlarını, cihazlarını paylaşmadan, belə bir imkanın yaranması mümkün deyil.

Bu avadanlıqlar elə bir avadanlıqlardır ki, onların dünya bazarından əldə edilməsi hər kəs üçün mümkün deyil və onların təmin olunması ciddi problemlərlə üz-üzədir. Amma Prezident yanında Elm və Texnologiya müavinliyinin Strateji Texnologiyaların Laboratoriya Şəbəkəsi bu sahədə Milli Şəbəkə yaratmaqla tədqiqatçılar, müəllimlər və tələbələr üçün ən əsas narahatlıqlardan biri olan laboratoriya avadanlıqlarının əldə edilməsi problemini aradan qaldırıb.

Əsədi Fərdin sözlərinə görə, bu gün 1403 laboratoriya, tədqiqat və universitet mərkəzlərinə ev sahibliyi edən bu Şəbəkə, nanotexnologiya, biotexnologiya, müalicəvi  bitkilər, aerokosmik, köklü hüceyrələr, koqnitiv elmlər, kənd təsərrüfatı, tibb və bu kimi müxtəlif sahələrdə öz xidmətlərini və avadanlıqlarını paylaşır. O, həmçinin, deyib: Hal-hazırda bu dəstələrin həmkarlığı və səyləri ilə ölkə boyunca 27 mindən çox laboratoriya avandanlığının əldə edilməsi mümkün olub, texnologiya tədqiqatları rövnəqlənib.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir