İran İslam Respublikasının Xarici İşlər naziri Hüseyn Əmir Abdullahiyan və Maleziya Xarici İşlər naziri Zambri Əbdül Qadir, həftənin bazar günü (26 Mart) telefon danışığında ikitərəfli mözvular, regional və beynəlxalq mövzular bərəsində danışıqlar apararaq fikir mübadiləsi yürüdüblər.
İran Xarici İşlər naziri, Mübarək Ramazan ayı münasibəti ilə təbriklə yanaşı, İran İslam Respublikasını və Maleziyanı çoxlu müştərək cəhətlərə malik olan iki müsəlman ölkəsi adlandırıb, iki ölkənin əlaqələrinin bütün sahələrdə artan şəkildə irəli getməsinə ümidvar olduğunu bildirib.
O, həmçinin, Maleziya hökumətinin Fələstin amalını dəstəkləməkdə göstərdiyi mövqeyinə təşəkkür etməklə yanaşı, Qüds gününü xatılayaraq deyib: İslam ölkələrinin Fələstinə kömək üçün təsirli addımlar atmalarının gərəkli olmasına inanırıq.
Maleziya Xarici İşlər naziri Əbdül Qadir də telefon danışığı zamanı Mübarək Ramazan ayının gəlişi münasibəti ilə həmkarını təbrik edib.
Maleziya Xarici İşlər naziri, İranı regionda əsas ticari tərəfdaş adlandırıb və iki ölkə əlaqələrinin əvvəlkindən daha çox inkişaf etməsinə ümidvar olduğunu bildirib.
O, həmçinin, deyib ki, İran və Ərəbistan arasında əlaqələrin yenidən qurulması, Qərbi Asiyada sülhün və sabitliyin artmasına gərtirib çıxaracaq.
İran İslam Respublikasının və Maleziyanın Xarici İşlər nazirləri bundan əlavə Əfqanıstan və Ukraniya hadisələri barəsində danışıqlar aparıblar.