Mənzilləri ağıllı etməklə elektrik istehlakına qənaət

Xarici KİV-in Prezident yanında Elm və Texnologiya müavinliyinə istinadən verdiyi məlumata görə, evlərin ağıllılaşdırılması yaxud ağıllı ev, binanın bütün hissələrinin monitorinq və nəzarəti yönündə tətbiq edilən layihədir.

Demək olar ki, rahatlıq yaratmaqla yanaşı ağıllı ev layihəsinin əsas hədəfi, nəzərdə tutulan məkanın müxtəlif hissələrini nəzarət altında saxlamaq, onlara müxtəlif əmrlər tətbiq etmək və qənaətdir.

Ağıllı ev, işıqlandırma sistemlərinə, istilik sistemlərinə, elektrik avadanlıqlarına və giriş qapılarına nəzarət kimi bir çox imkanlara sahibdir. Ağıllı evin ən geniş yayılmış cəhətləri tam sadəliyi ilə ağıllı texnologiyayla nəzarət edilən işıqlandırma açarları yaxud ağıllı açar və rozetkalardır.

Uzaqdan nəzarət

Uzaqdan nəzarət, ehtiyac olmadıqda evdə işlək vəziyyətdə olan cihazları söndürmək və həmçinin, bunun üçün müəyyən vaxt nəzərdə tutmaq imkanı yaradır.

İşıqlandırma sistemlərində avtomatik yandırma-söndürmə üçün vaxt tənzimatı imkanı, uşaq otağının işıqlandırma sisteminin avtomatik tənzimlənməsi, uşaqlar üçün nəzərdə tutulan sadə elektrik açarı və rozetkalarında yüksək təhlükəsizlik yaratmaq, ev smart modulunun üstünlüklərindəndir.

Elektriklə işləyən kondisioner, ventilyator kimi istilik və soyutma cihazlarından tutmuş, soba, paltaryuyan maşın, yemək prosessoru kimi mətbəx cihazlarına qədər və sonda işıqlandırma sistemləri və lampalarla uyğunlaşma da bu modulla mümkündür. Ağıllı ev modulunun evə uzaqdan nəzarət edilməsi və hətta səfər zamanı təhlükəsizlik yaratmaq kimi üstünlükləri də var.

Ölkədə (İranda) ağıllı binaların inkişafı

Elm təməlli Borna Puyeş Sazane Huşmənde Aryayi şirkəti, bu sahəyə girmiş bir neçə elm təməlli şirkətdən biridir. Bu şirkət, keyfiyyətli, amma xarici nümunələrinə nisbətdə daha ucuz olan məhsullar istehsal etməklə, ölkə üçün xeyli miqdarda valyuta qənaəti hasil edə bilib.

Hal-hazırda elm təməlli şirkətlərin sayı 7 300-ü keçib. Ən çox elm təməlli şirkətlər İnformasiya və Kommunikasiya Texnologiyaları, kompüter proqramları, elektrik, elektron avadanlıqlar, lazer və iki domenli fotonik sahələrindədir.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir