“Məhda” peykinin iki nanopeyklə birgə kosmosa buraxılması-İranın kosmik sənayesində yeni rekord

 Bugün səhər “Məhda” peyki iki nanopeyklə birlikdə 450 dərəcə orbitə buraxılıb və uğurla orbitə yerləşdirilib. İlk dəfədir ki, kosmik mütəxəssislər yerli peyk daşıyıcısı ilə üç yerli peyki eyni zamanda orbitə yerləşdirirlər.

Bugün yanvarın 28-i səhər “Məhda” peyki “Simurq” peyk daşıyıcısı vasitəsi ilə 450 dərəcə orbitə buraxılıb. Bu buraxılışda Məhda peyki ilə birlikdə 2 kiçik peyk də buraxılıb. Bu buraxılışdakı ən mühüm nailiyyət həyata keçirilən “çoxsaylı yeritmə” əməliyyatı olub.

İran Kosmik Təşkilatının bildirdiyinə əsasən, Simurq peyk daşıyıcısı Məhda peykini və digər 2 nanopeyki uğurla orbitə yeridə bilib və ilk dəfədir ki, kosmik mütəxəssislər yerli peyk daşıyıcısı ilə üç yerli peyki eyni zamanda orbitə yerləşdirirlər.

“Məhda” peyki İranın Kosmik Tədqiqatlar İnstitutunun yüngül çəkili peyklər silsiləsindən olan 32 kq-lıq bir peykdir və o, inkişaf etmiş peyk alt sistemlərinin sınaqdan keçirilməsi məqsədi ilə dizayn edilərək hazırlanıb. Bu peykin əsas vəzifəsi Simurq peyk daşıyıcısının yerin aşağı orbitinə çoxsaylı kosmik yükləri yeritmə funksiyasının düzgünlüyünü yoxlamaq, bəzi yeni dizaynların funksiyasının qiymətləndirilməsi və yerli texnologiyaların kosmosda etibarlılığıdır.

ü

Məhda peyki

Qeyd etmək lazımdır ki, Simurq peyk daşıyıcısı iki mərhələli maye yanacaqlı peyk daşıyıcısıdır. O, özünün 7-ci tədqiqat buraxılışında çoxsaylı peykləri yerləşdirməklə ölkənin kosmik buraxılışlarının üzünə yeni qapı açmağı bacarıb.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir