Mədənlərin çıxarılma vaxtı və xərcini azaldan cihazın hazırlanması

Elm təməlli şirkətlərdən birinin mütəxəssisləri maddələri analiz etmək üçün lazer plazma cihazı hazırlanmağa nail olublar ki, bu da mədənlərin kəşfiyyat və çıxarılmasının, mineral və metal maddələrin emalının zaman və xərclərini kəskin şəkildə azaldır.

Elm təməlli bir şirkətin baş direktoru şirkətin istehsal etdiyi məhsulların və onların istifadəsi barəsində deyib: Biz polad, metallurgiya, alüminium sənayelərində, ərintiləri və mineral maddələri müəyyənləşdirmək üçün metal və mineral sənayelərində istifadə olunan lazer plazma analizatorları istehsal edirik.

O, bu şirkətin ən mühüm nailiyyətinin sənaye və mədənçiliyin xüsusi ehtiyacını həll etməyi bacaran analizator cihazı olduğu bildirərək deyib: Bu məhsul mədənlərin kəşfiyyat və çıxarılma zamanını və həmçinin mineral və metal maddələrin kəşfiyyat və emal xərclərini kəskin şəkildə azaldaraq, sənaye üçün yaxşı əlavə dəyər yaradır.

O, dəmir, mis, qurğuşun, sink, manqan, qızıl, gümüş və.s kimi müxtəlif elementlərin analizini, 5 dəqiqədən az müddətdə keyfiyyət və kəmiyyət baxımından sürətli kəşfiyyat və analizini, mineral maddələrin sürətli və yüksək dəqiqliklə mədəndə analiz imkanını, material anbarı və faydafı qazıntılar anbarlarını, nümunə hazırlanaraq laboratoriyaya göndərilməyə ehtiyacın olmamasını, çox yüksək temperaturlu plazma sahəsində yüksək aşkarlama dəqiqliyini, bir və ya bir neçə şəxs üçün fərdiləşdirmə imkanını lazer plazma material analizatorunun xüsusiyyətlərindən olduğunu bildirib.

O, sonda şirkət məhsullarının universal hədəfinin izahında deyib: Bizim məhsullarının universal hədəfi polad sənayesi və polad zavodları, əlvan metallar sənayesi və onların hazırlanması, mədənlərin kəşfiyyat sənayesi, mineral mənbələrin çıxarılması və mineral mədənlərin emalı sahələridir.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir