İran alimləri koronavirusdan qorunmaq üçün sprey icad ediblər, o, bu gün təqdim olunub.
Rasthaber Azərbaycan Sputnik-ə istinadən bildirir ki, bu barədə rəsmi IRNA agentliyi məlumat yayıb.
“Koronavirus əleyhinə spreyin təsiri belədir ki, onu maska və ya geyimin üzərinə vuranda koronavirus xüsusi üsulla tapılaraq deaktiv olunur”, – Tehrandakı təqdimetmə mərasimində çıxış edən COVID-19-la mübarizə qərargahının rəhbəri bildirib.
Preparatın yaxın vaxtlarda İranda istehsal olunaraq yayılacağı gözlənilir.