100-dən çox elmi, akademik və tədqiqat mərkəzi, Koqnitiv Elmlərin və Texnologiyaların İnkişafı Mərkəzinin iştirakı və dəstəyi ilə qabaqcıl cihazlarla, avadanlıqlarla təchiz olunub.
Koqnitiv elmər sahəsində elmi, texnoloji, tədqiqat fəaliyyətlərinin inkişafı, genişlənməsi, yayılması və tədqiqatçıların, ekspertlərin, araşdırmaçıların laboratoriya xidmətləri və imkanlarına sahib olmaları məqsədiylə Koqnitiv Elmlərin və Texnologiyaların İnkişafı Mərkəzinin iştirakı və dəstəyi ilə son illərdə elm, təhsil və tədqiqat mərkəzlərində 100-dən çox laboratoriya İran istehsalı olan qabaqcıl avadanlıqlar və sistemlərlə təchiz olunub.
Koqnitiv elmər və texnologiyalar sahəsində ölkənin ehtiyac duyduğu təqiqat, elm infrastrukturunun yaradılması, laboratotiya imkanlarını və xidmətlərini bölüşmək üşün şəbəkənin yaradılması, koqnitiv elmər sahələrində fəaliyyət göstərmək üçün elitanın və səmərəli tədqiqatçıların cəlb olunması, Koqnitiv Elmlərin və Texnologiyaların İnkişafı Mərkəzinin əsas hədəflərindəndir.
Avandanlıqların lokallaşmasına və özünü təmin etmə mərhələsinə çatmaq üçün tədqiqatçıların, mütəxəssislərin təşviq olunması, elm təməlli mərkəzlər və şirkətlər tərəfindən texnoloji alətlərin, cihazların istehsalını dəstəkləmək, Koqnitiv Elmlərin və Texnologiyaların İnkişafı Mərkəzinin digər siyasətlərindəndir.
Koqnitiv Elmlərin və Texnologiyaların İnkişafı Mərkəzi, öz hədəflərinə, dəstək və tərəfdaşlıq proqramlarına uyğun olaraq koqnitiv sahələrdə fəaliyyət göstərən bir çox şirkətlərlə əməkdaşlıq etməklə, elm tədqiqat mərkəzlərinin müxtəlif qabaqcıl alətlərlə, cihazlarla təchiz olunmasından ötrü tədbirlər görüb. O cihaz və avadanlıqlardan beyinin elektron fəaliyyətlərini qeydə alma sistemləri, göz izləmə sistemi, yaxın infraqırmızı funksional spektroskopiya cihazı və transkranial elektrik stimullaşdırma sisteminə işarə etmək olar.
Bu mərkəzin stratejik siyasətləri çərçivəsində, ölkənin müxtəlif yerlərindəki saysız-hesabsız elmi və akademik mərkəzlər sorğular göndərilməklə, tədqiqat və ixtisaslaşmış mərkəzlərin koqnitiv elmlər sahəsindəki qabaqcıl cihazları, avadanlıqalrı ilə təchiz olunması üçün bu mərkəzin, siyasətlərindən, dəstək və tərəfdaşlıq proqramlarından faydalanmaq istəyirlər.
Koqnitiv Elmlərin və Texnologiyaların İnkişafı Mərkəzi, tədqiqat laboratoriyalarının təchiz olunması və infrastrukturunun inkişafı məqsədi ilə diqqətini beyin siqnalının qeydə alınması və stimullaşdırılması texnologiyalarının genişlənməsinə cəmləməklə, laboratoriyaların təchiz olunmasını, elmi və ixtisaslaşmış mərkəzlərdə koqnitiv elmlər sahəsinin ehtiyac duyduğu alətlərin və infrastrukturların hazırlanmasını gündəmdə saxlamağa çalışır.
Bu siyasət çərçivəsində mərkəz, daxili avadanlıqların və koqnitiv elmlər sahəsindəki elm təməlli şirkətlərin məhsullarının istehsalına üstünlük verir. Koqnitiv Elmlərin və Texnologiyaların İnkişafı Mərkəzinin ümümi siyasətlərini əsasən, indiyə kimi 100-dən çox müalicə, akademik və tədqiqat mərkəzinin daxili istehsal olan qabaqcıl avadanlıqlar və sistemlərlə təchiz olunub.