İran hökuməti köçəri ailələri himayə edərək günəş panelləri ilə elektrik ehtiyaclarını ödəmək üçün onlara kömək edir. Bu layihədə elm təməlli və tamamilə yerli texnologiyadan istifadə edilir.
Günəş paneli təmiz elektrik əldə etmək üçün faydalı yollardan biridir. Bu texnologiyanın əhəmiyyətini təkcə çirklənmənin olmamasında deyil, həm də elektriyin əl çatılmaz olduğu yerlərdə ucuz elektrik istehsalında görmək olar. Bu texnologiya hökumətin köçəri ailələrə elektrik çatdırmaq üçün icra etdiyi layihədə istifadə edilir və yerli elm təməllilərin istehsalıdır.
Bu yaxınlarda hökumət köçəri ailələr üçün günəş panellərindən istifadəni asanlaşdırmaq məqsədi ilə bir layihə həyata keçirməkdədir. Bu layihənin icra olunduğu müddətdə 30 min günəş paneli sistemi ailələrin ixtiyarına verilib və bu ilin sonuna kimi bu ədədin iki dəfə artacağı gözlənilir. Hökumət bu layihədə hər sistemin xərclərinin 90%-ni ödəyir.
Bu layihədə diqqət olunası məsələ budur ki, istifadə edilən sistemlər və avadanlıqlar tamamilə yerlidir və elm təməlli şirkətlər tərəfindən hazırlanaraq istehsal olunur.
Qeyd etmək lazımdır ki, günəş paneli sistemi günəş enerjisini alaraq onu elektrik enerjisinə çevirən sistemdir. Bu texnologiya köçəri insanların öz çadırlarında ehtiyacları olan enerjini təmin edə bilər.