Nanoelm sahəsində İranın inkişafı və dünyada elm üzrə 4-cü yerdə dayanmağı, İranın son 20 il ərzindəki iftixarlarındandır. İranda nanotexnologiya bazarına nəzər saldıqda nano məhsulların çoxunun abadlıq və tikinti sahəsində tətbiq oldunduğu gönsənir.
Faynmanın “aşağıda çoxlu yer var” deməsindən təxminən 65 il keçir. O vaxtdan bu günə kimi insan, ətrafındakı dünya ilə fərqli olan kiçik ölçülü nanoda geniş dünyayla tanış olub. Nano elmi nanotexnologiyaya çevrilib və bu müddət ərzində özünün müxtəlif növ məhsulları ilə demək olar ki, sənayenin bütün sahələrində inqilab edə bilib.
İranın nanotexnologiya üzrə elmi rütbəsinin 4-cü yerdə olması
İranda nanoelm və nanotexnologiyanın 20 ilə yaxın bir ömrü var. Bu sahəyə əsas diqqət və onunla bağlı strateji araşdırmalar 2001-ci ildən başlayıb. Sonda İran bu 20 il ərzində nanoelmdə 4-cü yeri öz adına yazdıra bilib. İranda nanotexnologiyanın inkişafı boyunca, elmin sərvətə çevrilməsinin vacibliyi də xalqın və bu sahənin mütəxəssisləri arasında hiss olunurdu.
İranda nanotexnologiyanın vəziyyətinə nəzər saldıqda görünür ki, 2021-ci ildə Amerika və Avropa patent ofislərində nano ilə bağlı qeydə alınmış 307 ixtira İrana məxsusdur. Bu rəqəm, nano ilə bağlı hər 1000 məqalə müqabilində nano ilə bağlı 4.6 patentin olmasını göstərir.
İranın nanotexnologiya bazarına bir baxış
Standart tərifə əsasən, nanotexnologiya bazarı nano mallar, avadanlıqlar və xidmətlər bazarına şamil olur. Məqalələrin sayı kimi bu bazarın İrandakı həcmi də bu 20 il ərzində inkişaf edib. Mövcud statistikaya əsasən, İranda nano bazarının daxili satışı və ixracatının miqdarı 11 milyard tüməni (təxminən 220 min dollar) keçib.
Nano örtüklər, nano katalizatorlar və nano kompozitlər ardıcıl olaraq İranın nanotexnologiya bazarında ən çox satılan məhsullardır. Həmçinin, “tikinti”, “neft, qaz və neft-kimya” və “avtomobil” sahələri nanotexnologiyayla bağlı ən çox şirkətlərə sahib olan üç sahədir.
Son statistikalara əsasən, 2023-cü ilin Aprel ayına kimi nanotexnologiya sahəsində 346 şirkət fəaliyyət göstərib. Bu şirkətlər 1191 nano məhsul və 241 nano avadanlıq istehsal edərək bazara çıxarıblar. Şirkətlərin məhsul və avadanlıq istehsalında fəaliyyət göstərdikləri sahələr arasında, abadlıq və tikinti sahəsi yüksək paya malikdir. Bu sahənin nanotexnologiya ərsəsində istehsal etdiklərinin beşdə biri bu sahəyə məxsusdur.
Qeyd etmək lazımdır ki, nanotexnologiya sahəsindəki aktiv şirkətlərin təxminən 20%-nin satış həcmi, İranın nanotexnologiya bazarının 90%-indən çoxunu təşkil edir.