Keniyanın 1 milyard dollarlıq bazarı İran dərmanlarının intizarında

Keniya Səhiyyə Nazirliyi İranın dərman şirkətlərindən 11-ə GMP sertifikatı verməklə İran dərmanlarının bu ölkəyə və Afrikanın şərqindəki digər böyük bazarlara ixracına yol açıb.

Xarici KİV-in Prezident yanında elmi müavinliyə istinadən verdiyi məlumata görə, İranın Keniyadakı İnnovasiya və Texnologiya Evinin (İHİT) həmahəngliyi və İranın dərman şirkətlərinin Keniya bazarına daxil olması üçün hazır olduqlarının elan olunması ilə, Keniya Səhiyyə Nazirliyi tərəfindən İrana təftiş qrupunun göndərilməsi üçün lazımi addımlar atıldı. Ölkənin 7 şəhərində yerləşən 11 əczaçılıq şirkətinin 13 müxtəlif istehsal xətti dəqiq araşdırıldıqdan və xüsusi araşdırmalardan sonra bu sertifikatlar Keniya Səhiyyə Nazirliyi tərəfindən İran şirkətlərinə verildi.

Bu uğur təkcə bu şirkətlərin beynəlxalq standartlar əsasındakı istehsal xətlərinin texniki bacarıqlarının və yüksək keyfiyyətinin göstəricisi deyil, həm də iki ölkənin sağlamlıq və əczaçılıq sahəsində ikitərəfli əməkdaşlıqlarının genişlənməsinə imkan yaradır.

54 milyon cəmiyəti olan Keniyanın dərman bazarı illik 12% artımla 1 milyard dollardan çox tutuma malikdir. Ölkənin ehtiyac duyduğu dərman həcminin 70%-i idxal və 30%-i isə yerli istehsaldır. Dərman idxalçıları arasında Hindistan 60% bazar payı ilə bu ölkədəki bazar sahəsində əsas rol oynayır. Keniyadakı dərman bazarının yüksək həcmini və yaranmış inkişafı nəzərə alaraq, İran şirkətlərinin bu bazarda əvvəlkindən daha çox iştirakı bu sənayenin iqtisadi inkişafına və Afrikanın şərqinə bilik əsaslı idxalat payının artmasına çox kömək edəcək.

Biodaro Daneş, Zahravi Pharmaceuticals, Alborz Daro, Arang Darodarman, Eterco Pharmaceuticals, Ektro Pharmaceuticals, Ario Pharmed, Varian Pharmed tədqiqat və istehsalı, Elixir Pharmaceuticals, Sobhan Daro və Sobhan Oncology Pharmaceuticals Keniya Səhiyyə Nazirliyindən GMP sertifikatı almağa müvəffəq olan İranın əczaçılıq şirkətləridir.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir