Xarici KİV-in verdiyi məlumata görə, “Hud Hud 5” kartoqrafiya (xətirəçəkmə) sistemi, mühəndislik prinsipləri əsasında, ən yüksək optimallaşdırma ilə elm təməlli bir şirkətdə dizayn və istehsal olunub.
Bu sistem, müxtəlif hərbi və mülki missiyaları xüsusən də tanıma, nəzarət etmə, müşahidə və xəritəçəkmə kimi əməliyyatları nəzarət stansiyasının yerləşdiyi məkandan 15 km aralıdan yerinə yetirməyə qadirdir. Bu məhsul, “ Nəcib Səma Fatehi” adlı şirkət tərəfindən Aerokosmik Texnologiyaları İnkişafı Mərkəzinin geomatik qrupunun, prezident yanında Elm, Texnologiya və Elm Təməlli İqtisadiyyat müavinliyinin qabaqcıl nəqliyyat bölümünün dəstəyi ilə dizayn və istehsal edilib.
Bu aparatın hazırlanmasında istifadə olunan keyfiyyətli xammal, dron kolleksiyasının texniki qulluğa olan ehtiyacını minimum həddə endirib. Həmçinin, daşınması üçün hazırlanan qutu və struktur dizaynında istifadə edilmiş sürətli bağlantılar bu sistemin 10 dəqiqədən az bir müddətdə uçuşa hazır olmasına səbəb olur.
Bu dronun üstünlüklərindən biri də davamlı missiyalarda onun batareyasının tez və rahat şəkildə əvəz olunmasıdır. İstifadəçilər bir dəqiqədən az bir vaxt ərzində bu dronun batareyasını dəyişə bilərlər. Hud Hud 5 dronunun qanadları ayrıla biləcək şəkildə hazırlanıb və özünə məxsus qutuda asanlıqla daşına bilir.
Fotoqrafiya, kartoqrafiya, məkanların, avadanlıqların müşahidəsi və qorunmasına ehityacı olan Kartoqrafiya Təşkilatı, Ərazi İşləri Təşkilatı, böyük sənayelər, Silahlı Qüvvələrin Coğrafi Təşkilatı, bələdiyyələr və.s kimi bütün təşkilatlar, xüsusi və dövlət şirkətləri İran istehsalı olan bu məhsulun hədəfindədir.