İranın karate üzrə komandası Özbəkistanın paytaxtı Daşkənddə keçirilən Asiya çempionatının ikinci günü 16 medal qazanıb.
Asiya çempionatının karate yarışmalarında Hafiz Hafizi Kiya parakarate üzrə, Zəhra İbrahimi, Fatime Zəhra Səidabadi, Muhəmməd Cavad Səfəri cavanların mübarizəsində və Məhmud Neməti qızıl medal əldə ediblər.
Sepide Əmini, Murtəza Kərimi, Zəhra Əlizadə, Kimya Yusifi gümüş medal və Elina Səfacu, Sepəhr Darabi, Muhəmməd Mehdi Muhaciri, Muhəmməd Qoudərziyan, Hənnane Salehi, Əlirza Heydəri, Hadi Kiyani bürünc medal qazanıblar.
Asiya çempionatı yarışlarının birinci günü İran idmançıları 1 qızıl, 2 gümüş və 4 bürünc medal qazanıblar.
Beləliklə də İran ikinci günün sonunda ümumilikdə 6 qızıl, 6 gümüş və 11 bürünc medal (23 medal) əldə edib.
Karate üzrə böyüklər arasında 18-ci Asiya çempionatı, yeniyetmələr arasında 20-ci Asiya çempionatı və ilk parakarate yarışları 16-20 Dekabr tarixlərində Özbəkistanın paytaxtı Daşkənddə keçirilib.