İstixanaların birində qabaqcıl nanotexnologiyadan istifadə

İstixana məhsulları istehsalçılarından biri 2 ildir ki, öz məhsullarının istehsalında qabaqcıl nanotexnologiyaların birindən istifadə edir.

İranda kənd təsərrüfatı məhsulları istehsalçılarından biri kənd təsərrüfatı məhsullarının istehsalında nanobubble (nanoqabarcıq) texnologiyasından istifadə edir. Nanobubble texnologiyası müxtəlif məhsulların və malların istehsalında faydalı dəyişiklik və təsirlər yaratmaq üçün istifadə oluna bilən müasir texnologiyadır.

Bu nanotexnologiyada çox kiçik və 200 nanometrdən aşağı ölçülərdə qabarcıqlar hazırlanır və maddələrin nəzərdə tutulan mühitə ötürülməsi və çatdırılması üçün istifadə oluna bilir.

İstixana kənd təsərrüfatı məhsulları istehsalçısı olan Vəlid İttihadi 2 ildir ki, öz məhsullarının istehsalında nanobubble texnologiyasından istifadə edir. O, bu texnologiyadan hidroponik yetişdirmədə suyun oksigen səviyyəsinə nəzarət etmək üçün istifadə edir. Su yetişdirmə yaxud torpaqsız yetişdirmə də adlanan hidroponik yetişdirmədə bitkinin kökü torpaq əvəzinə su əsaslı qidalandırıcı maddələrlə zənginləşdirilmiş məhlulda inkişaf edir.

Bu növ məhsul yetişdirilməsində nanobubble texnologiyasından istifadə əkinçiyə qida maddələri yaxud bitkinin istifadə etdiyi oksigen üzərində daha yaxşı tənzimləmə yaratmağa kömək edə bilər. Nanoqabarcıqlar bitkilərin istifadə etdikləri qidalandırıcı maddələri mümkün qədər ən yaxşı şəkildə təmin edə bilərlər. Bu maddələr gübrələr, mineral məhlullar, inkişaf hormonları yaxud başqa şeylər ola bilər.

Nanoqabarcıqlar, həmçinin defizfeksiyaedici maddələri maksimum dərəcədə təsir göstərə biləcək şəkildə bitkilərə ötürə bilər. Digər tərəfdən də,  nanoqabarcıqlardan istifadə etməklə suyu daha yaxşı qorumaq və bitkilərə daha dəqiq miqdarda və ehtiyacı olan anda vermək olar. Bu iş su səmərəliliyini artırmağa və suyun hədərə getməsinin qarşısını almağa kömək edə bilər.

Qeyd etmək lazımdır ki, nanobubble texnologiyası yalnız kənd təsərrüfatında tətbiq olunmur, müxtəlif sənayelərdə də tətbiq oluna bilər. Məsələn, nanoqabarcıqlar neft-qaz sənayesində dəqiq və nəzarət edilmiş kimyəvi maddələri neft çənlərinə çatdırmaq üçün bir vasitə kimi istifadə olunur. Yaxud tibb sənayesində bu kiçik qabarcıqlar aczaçılıqda və dərmanların insan bədənindəki hüceyrələrə daha kiçik və birbaşa çatdırılması üçün istifadə olunur.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir