İstixana bitkilərinin inkişafına kömək edən maraqlı bir nailiyyət

Karbon dioksidin dozası və qoruyucu monitorinq sistemi istixanalarda istifadə olunan yeni cihazlardan biridir ki, bu da bitkilərin daha çox inkişaf etməsinə və istixana məhsullarının kəmiyyət və kefiyyət artımına kömək edir.

Xarici KİV-ə və prezident yanında Elm, Texnologiya və Elm Təməlli İqtisadiyyat müavinliyinə istinadən verilən məlumata əsasən, 15-ci Beynəlxalq Tikinti Obyektləri, Soyutma və İstilik Sistemləri Sərgisi ilə eyni zamanda elm təməlli şirkətlərdən birinin “Planta İdarəetmə Paneli” adlı yeni nailiyyəti təqdim olunub.

Bu cihazın istixana bitkilərinin şəraitinin yaxşılaşdırılmasında ikili funksiyası var. Belə ki, təkcə istixana mühitindəki CO2 konsentrasiyasının artması ilə məhsulların kəmiyyət və keyfiyyət cəhətdən artmasına səbəb olmayacaq, həm də soyuq fəsillərdə istixananın istiliyinin təmin olunmasında da istifadə oluna bilər.

Cihazın ən əsas xüsusiyyətlərindən fotosintez prosesinin artması və nəticədə bitkilərin inkişafının artmasına, həmçinin bitkilərin inkişafı üçün lazım olan enerji mənbəyinin təmin olunması istiqamətində ondan optimal istifadə etməklə karbon dioksid çirkləndiricisinin ətraf mühitə yayılmasının azaldılmasına işarə etmək olar.

Bitkilər fotosintez prosesi zamanı ərtaf mühitdə mövcud olan su və karbon dioksidi günəş işığının köməyi ilə qlükoza və oksigenə çevirirlər. Daha sonra hazırlanmış qlükozadan inkişaf yolunda enerjinin təmin olunması üçün mənbə kimi istifadə edirlər. Hava mühitində mövcud olan karbon dioksidin miqdarı təxminən 400 ppm-dır.

Tam qapalı və az yaxud heç bir havalandırma olmayan istixanadakı inkişaf etməkdə olan hər bir məhsul CO2 səviyyəsini gün ərzində 200 ppm-ə endirə bilər ki, bu da məhsullara əhəmiyyətli dərəcədə mənfi təsir göstərə bilər. Karbon dioksid konsentrasiyasının optimal səviyyədə artması bitkilərin böyümə sürətinin artmasına səbəb olacaq. Bu miqdar istixanadakı bitki növlərinə görə dəyişəcək.

Həmçinin Planta cihazı qazanın və kondensatorun ümumi yanma məhsullarında mövcud olan zəngin karbon qazı mənbəyini əldə edir və bu kütləni hava ilə birləşdirdikdən və seyrəltmə, çikrlənmə ölçmə əməliyyatlarını yerinə yetirdikdən sonra onu istixanaya göndərir.

İstixanaların ölçülərindəki fərqliliyi və motorxanadan istixanaya enjeksiyon yolarının qeyri-müəyyən olmasını nəzərə alaraq, karbon qazı enjeksiyon sistemləri yalnız seyrəldilmiş kütləni çıxışında münasib temperatur və çirklənmə ilə təmin edilməsi vəzifəsinə malikdirlər. Karbon dioksidə sahib kütlənin daha yüksək yollara köşürülməsi bu cihazın əhatə dairəsindən kənardır.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir