İstiqamətli qazma texnologiyası avadanlıqlarının lokallaşdırılması

Elm təməlli İran şirkətlərindən biri istiqamətli qazma sistemini lokallaşdırmaqla, neft və qaz sənayesinin qazma sahəsində xarici texnologiyalara olan ehtiyacını aradan qaldırmağı bacarıb.

Elm Təməlli Qara Qızıl Kəşfiyyatçıları Şirkətinin icraçı direktoru Seyid Rza Seyid Təyyib şirkətin elm əsaslı məhsulunu tanıtdıraraq deyib: Bu məhsulun adı istiqamətli qazma sistemi yaxud sapma qazmadır. Bu məhsul güc, yeni elm və yüksək texnologiya vasitəsi ilə xarici şirkətlərin himayə rolunu azaltmağı bacarıb.

O, sözlərinin davamında deyib: Ən əhəmiyyətli olan iş qonşu ölkələrlə, o cümlədən İraq və Qətərlə müştərək neft-qaz yataqlarında qazma işləri aparmaqdır.

Qara Qızıl Kəşfiyyatçıları Şirkətinin icraçı direktoru əsas auditoriyalarından biri olaraq İran Milli Qazma Şirkətinə işarə edərək deyib: Bu məhsul, sənaye məhsuludur və onun auditoriyaları istiqamətli qazma xidmətləri göstərən şirkətlərdir.

Neft və qaz sənayesinin ehtiyaclarından birinin aradan qaldırılması

Texnologiya sahəsinin aktiv üzvü deyib: Bu şirkətdə mütərəqqi avadanlıqlar vasitəsilə çevrilmiş mühəndislik üsulu ilə beynəlxalq keyfiyyətə uyğun bir məhsul istehsal etdik. Bu məhsul Qərb nümunəsinin tam oxşarıdır və Çin nümunələrindən isə daha keyfiyyətli, daha səmərəlidir.

O, həmçinin, sanksiyalardan yan keçməklə inkişaf etmiş elektron hissələr və sensorlar sahəsində texnoloji ehtiyacların təmin olunmasına işarə edərək deyib: Bu hissələri hazırlamaqla, ölkənin elektronika sənayesinin ehtiyacını təmin etməklə yanaşı, bu avadanlıqların lokallaşması və daxili istehsalından ötrü zəmin yaratmaq üçün çalışmışıq.

Təyyib, bu elm təməlli şirkət tərəfindən məşğulluğun yaranması barədə deyib: Bu şirkətdə birbaşa olaraq 7 nəfər tam və 6 nəfər yarımştat işləyir. Eyni zamanda bu texnologiya bölməsi dolayı yolla komponent sənayesinin potensial imkanlarından istifadə edir.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir