İstilik izolizasiya edən nano örtüklər

Nano strukturlu istilik izolizasiya örtükləri bir İran məhsuludur ki, istilik enerjisini əks etdirmək və istilik əmsalını dəyişməklə enerjinin hədərə getməsinin qarşısını alacaq.

Xarici KİV-in Prezident yanında Elm, Texnologiya və Elm Təməlli İqtisadiyyat müavinliyinə istinadən verdiyi məlumata görə, “nano strukturlu istilik izolizasiya örtüyü”, yanacaq və enerji istehlakının aşağı salınmasına kömək edən İran məhsuludur.

Bu texnoloji məhsul, yaşayış və sənaye mühitlərində enerji istehlakı miqdarının azaldılmasına, ətraf mühitin qorunmasına və milli resurslarda nəzər çarpacaq dərəcədə qənaətə səbəb olacaq. Xərcləri azaldan və yerli məhsul olan “nano strukturlu istilik izolizasiya örtüyü”, Prezident yanında Elm, Texnologiya və Elm Təməlli İqtisadiyyat müavinliyinin Nano Texnologiyalarının İnkişafı Mərkəzinin dəstəyi ilə Pavan su əsaslı qoruyucu örtüklər qrupu tərəfindən hazırlanıb. O, müxtəlif sənayelərdə tətbiq oluna blər.

Bu texnoloji məhsulun üstünlüklərindən “binaya istiliyin daxil olmasının qarşısının alınması üçün damların və şiferlərin metal səthlərinin örtülməsi”, “tankerlər və reaktorlar kimi sənaye avadanlıqlarının xarici səthlərinin temperaturunun aşağı salınması” və “yüksək istilik enerjisi və temperaturu ilə işləyən avadanlıqlarda, xüsusi ilə neft-kimya, neft ayırma, metal və hərbi sənayelərdə yanacaq və enerji istehlakının aşağı salınması”-na işarə etmək olar.

Bu örtüklər istilik enerjisini əks etdirmə və istilik əmsalını dəyişdirmə mexanizmi ilə temperaturun düşməsi, nəticədə enerjnin saxlanmasına malik olacaq. Çünki, onlar molukulyar və mikroskopik səviyyədə hazırlanıblar və havanı zərrəciklər arasında tuturlar. Elə ki, hava, molukulyar səthdə tutlulur, bir nano izolizasiya və bir nano örtük, hətta bir neçə düyüm qalınğında olsa belə nəzərə çarpacaq dərəcədə təsirə malik ola bilər.

Əslində, nano materiallardan istifadə etmək, istilik izolizasiyanın yaxşılaşdırılmasına səbəb olur. Bu nano örtüklər əks etdirmə yolu ilə istiliyin ötürülməsini azaldırlar, birbaşa alov altında yerləşdiyinə görə tüstü, kimyəvi çirkləndiriciləri yoxdur və elastikdirlər. İstifadəsi asan və hidrofobik olması, bu nano texnologiyanın digər xüsusiyyətlərindəndir.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir