İslam İnqilabının qələbəsi bayramında Şərif üniversitetinin elitasının nailiyyətinin təqdim etmə mərasimi keçirilib

Membran qazının ayrılması texnologiyası dünyada bir neçə məhdud şirkətdə mövcuddur. İran, Şərif universitetinin tədqiqatçılarının səyləri nəticəsində bu məhsulun istehsalını həyata keçirən nadir ölkələrdən biridir.

Prezident yanında Elm, Texnologiya və Elm Təməlli İqtisadiyyat müavini Ruhullah Dehqani, şənbə günü (11 Fevral) İslam İnqilabının 44-cü il dönümü ilə eyni vaxtda Şərif sənaye universitetinin tədqiqat nailiyyətləri sərgisində iştirak etməklə membran qazının şirinləşdirilməsi pilotunu təqdim edib. Bu mərasimdə Şərif sənaye universitetinin rəhbəri Rəsul Cəlili də iştirak edib.

Dehqani, təqdim etmə mərasimində deyib: İslam İnqilabının qələbəsi ilə elm və texnologiyanın inkişafının ən böyük nailiyyətləri həyata keçib. Baxmayaraq ki, illərlə öncə etibarlı universitetimiz, məşhur alimlərimiz və ya texnoloji məhsullarımız yox idi, amma bu gün ən yaxşı və ən məhşur universitetlərə və alimlərə sahibik ki, dünyada rəqabət apara biləcək texnoloji məhsullar istehsal edirlər. İranlı gənclərin müalicə və sağlamlıq sahələrindən tutmuş mühəndislik və müdaifə sahələrinə kimi əldə etdiyi nailiyyətlər heyranedicidir.

O, əlavə olaraq deyib: İran İslam Respublikası bütün sahələrdə, xüsusən də elm və texnologiya sahəsində xalqın elmlə bağlı xas xüsusiyyətinə görə, çox uğurlu fəaliyyət göstərib. Ölkədə olan bu proqram, dünyanın elmi nüfuzuna çatana qədər davam edəcək və gənclərimiz ölkəni qürurlandıracaqlar.

Dehqani, -xalqın yürüşlərini necə görürsünüz?- sualına cavab olaraq deyib: İnsanların hər yerdə coşğulu iştirakı müşahidə olunur. Bu iştirakın iki mənası var. Birincisi budur ki, xalq bu ölkəni sevir. İkincisi budur ki, ölkənin məsul şəxslərinin vəzifələri İslamla bağlı olan İranın vəfalı xalqına xidmət etməkdir. Bu ümidlə bütün problemlərdən keçəcik, xalqın ayağını öpürük.

Qeyd etmək lazımdır ki, membran qazının ayrılması texnologiyası dünyada bir neçə məhdud şirkətin ixtiyarındadır. İran, Şərif universitetinin tədqiqatçılarının səyləri nəticəsində bu məhsulun istehsalını lokallaşdıran nadir ölkələrdən biridir. İlk addımda, membran qazının şirinləşdirilməsindən istifadə etməklə Abu Zər platformasının qazının şirinləşdirilməsi uğurla qiymətləndirildi. Bu sınaqlar ərzində hidrogen sulfid qazının miqdarı 22000ppm-dən 2000ppm-dən aşağı səviyyəyə düşdü. Bu da turbinlərin daxil olması üçün çox yaxşı miqdardır.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir