İslam İnqilabının qələbəsindən 44 il ötür. Bu illər ərzində dünyada İranın adına tarixi və əhəmiyyətli hadisələr yazıldı. İrana qarşı qlobal pozuntuların olmasına baxmayaraq, böyük nailiyyətlər əldə olundu.
“Cəmiyyətin elmi səviyyəsinin yüksəldilməsi”, “məqalələrin sayı, elmi istinadlar və ixtira olunmuş məhsulların qeydə alınmasında dünya səviyyəsində yüksək yerlərin əldə olunması”, “savadsızlıq səviyyəsinin azaldılması”, “universitet ixtisaslarının və tələbələrin sayının nəzərə çarpacaq dərəcədə artımı”, İran İslam İnqilabının adına yazılmış əldə edilən nailiyyətlərin bir hissəsidir.
İranın böyümə və qüdrətləməsinin artma prosesi, Böyük Məqamlı Rəhbərin strategiyaları, onun texnologiya və innovasiya ekosisteminin formalaşmasına dair təkidləri, “elm təməlli şirkətlərin himayəsi qanunu”, “ elm təməlli istehsalın sıçrayışı qanunu” kimi mütərrəqi qanunların qəbulu, İrana məxsus texnoloji və elm təməlli şirkətlərin səyləri nəticəsində istehsal olunmuş məhsulları himayə etməklə daha da sürətlənərək ölkənin diskursuna çevrilib. Bu gün onun müsbət səmərə və təsirləri iqtisadiyyatda, mədəniyyətdə, xalqın gündəlik yaşayışında görünür.
Elm təməlli şirkətlərin nailiyyətlərini tanıtdırmaqla bütün çətinliklərlə, daxili və xarici maneələrlə yanaşı İran universitetlərinin məzunlarının, mütəxəssilərin, gənclərin əldə etdiyi qüdrətin bir hissəsini oxuculara təqdim edirik.
8 min 46 elm təməlli şirkətin fəaliyyəti
Elm təməlli şirkətlərin inkişafı müavinliyində 30 Yanvar 2023-cü il tarixinə kimi qeydə alınmış son statistikaya əsasən, İranda 8 min 46-dan çox elm təməlli şirkət fəaliyyət göstərir. Buna əsasən 1-ci tip yeni yaranmış elm təməlli şirkətlərin sayı təxminən 295 və 1-ci tip istehsalçı elm təməlli şirkətlərin sayı 701-dən çoxdur. 1-ci tip şirkətlərin hamısı, təxminən 996 şirkət qeydiyyata alınıb.
Bu hesabatda deyilir ki, 2-ci tip yeni yaranmış elm təməlli şirkətlərin sayı 1955-dən çox və 2-ci tip istehsalçı elm təməlli şirkətlərin sayı təxminən 4054-dür. 2-ci tip şirkətlərin ümumi sayı 6009-dur.
3-cü tip yeni yaranmış elm təməlli şirkətlərin sayı təxminən 551 və 3-cü tip istehsalçı elm təməlli şirkətlərin sayı 490-dan çoxdur. 3-cü tip şirkətlərin ümumi sayı təxminən 1041-dir.
Fəaliyyət sahələrinə görə elm təməlli şirkətlər
Bu hesabata əsasən, texnologiya sahələrinin bölgüsünə görə elm təməlli şirkətlər bunlara şamildir: “Biotexnologiya, kənd təsərrüfatı və qida sənayesi-362 şirkət”, “qabaqcıl dərmanlar-480 şirkət”, “qabaqcıl maddələr(kimyəvi və polimer)-1130 şirkət”, “qabaqcıl avadanlıqlar və avtomobil hissələri-1721 şirkət”, “ tibbi avadanlıqlar-326 şirkət”, “elektrik və elektronika-1821 şirkət”, “ informasiya texnologiyaları-1778 şirkət”, “ kommersiyalaşdırma-397 şirkət”, “ yaradıcılıq və hümanitar elmlər-31 şirkət”.
Elm təməlli qiymətləndirmə üçün tələbatın həcmi və 2022-2023-cü illərdə qiymətləndirilmiş şirkətlərin sayı, şirkətlərin elm təməlli sertifkat əldə etmək üçün tələblərinin təxminən ikiqat artımını göstərir. 2021-ci ilə nisbətən 2022-ci ilin ilk 10 ayında ( 2021-ci ildə 750 şirkət, 2022-ci ilin ilk 10 ayında 1420 şirkət) yeni elm təməlli şirkətlərin 90% inkişaf etdiyinin şahidiyik.
Şirkətlərin elm təməlli olub-olmamasının qiymətləndirilmə zamanının aşağı düşməsi
Qiymətləndirmə zamanının orta hesablamalarla 2021-ci ildəki 110 gündən, 2022-ci ildəki təxminən 50 günə düşməsi ( 2021-ci ildə qiymətləndirmə zamanı ən çox təxminən 200 gün, 2022-ci ildə təxminən 70 gün) bu sahədə diqqət olunası nailiyyətlərdən biridir. Bu hesabat, onu göstərir ki, elm təməlli şirkətlərin 2021-in maliyyə ilindəki satışı 2020-ci ilin maliyyə ilinə nisbətən (86%) 215 trilyon tüməndən 400 trilyon tümənə və 2021-ci ildə elm təməlli şirkətlərdə işləyənlərin sayı 2020-ci ilə nisbətən (60%) 213 mindən 342 minə yüksəlib. Ümumilikdə, təşkilat və şirkətlərin ehtiyaclarına uyğun olaraq təxminən 3 trilyon (56 milyon dollar) məbləğində 70 strateji əhəmiyyətli layihə icra olunub.