İslam İnqilabının elm təməlli iqtisadiyyatının nailiyyətlərinə bir baxış – 2

Ənənəvi tibb sahəsində (xalq təbabəti) elm yaradıcılığının 10 qat artması

İslam İnqilabının qələbəsindən 44 il ötür. Bu illər ərzində dünyada İranın adına tarixi və əhəmiyyətli hadisələr yazıldı. İrana qarşı qlobal pozuntuların olmasına baxmayaraq, böyük nailiyyətlər əldə olundu.

Elm təməlli iqtisadiyyatın vurğulanması İslam İnqilabından sonra yaranan ən mühüm diskusiyalardandır. Bu diskusiyanın nəticəsində, bir çox elm təməlli şirkətklər müxtəlif sahələrdə müxtəlif məhsulların istehsalı ilə məşğul olublar.

Bu yazıda dərman bitkiləri və ənəvi tibb sahəsindəki elm, texnologiyanın mövqeyini tanıtdırmaq istəyirik. Bununla da bütün çətinliklərlə, daxili və xarici maneələrlə yanaşı İran universitetlərinin məzunlarının, mütəxəssislərin, gənclərin əldə etdiyi qüdrətin bir hissəsini təqdim etmiş olaq.

İranda elm yaradıcılığının dərman bitkiləri və bitki mənşəli məhsullar sahəsindəki məqalələrdə 2.6% payı

Dərman bitkiləri sahəsi, ölkənin elmi ictimaiyyətinin xəritəsində əsas elm bölməsində ilk üstünlük adı ilə yad olunduğu kimi dünyanın müasir elm-texnologiyasında da əsas elm və tətbiq sahələrindən biridir. Buna görə də dərman bitkiləri sahəsinin təsirləri və tətbiqləri tibb, farmakologiya, toksikologiya, biokimya, genetika, kənd təsərrüfatı və bioloji elmlər, kimya, mikrobiologiya, ətraf mühit elmləri, kimyəvi mühəndislik və.s kimi çoxlu sahələrdə müşahidə olunur.

Dərman bitkiləri ilə bağlı elmi sorğuların göstəricilərinin təyin olunması üçün, bu sahədən təsirlənmiş bütün sahələrə xüsusi və hər tərəfli baxışın olması zəruridir.

Nano və biotexnologiya kimi sektorlarda mövcud olan müəyyən açar sözlərin olmamasını nəzərə almaqla, bu sahəylə bağlı elmi sorğuların göstəricilərinin statistikasını asanlıqla müəyyənləşdirmək olmaz. Buna görə də dərc olunmuş bütün məqalələrin hər il tək-tək oxunmasına və bu sahə ilə bağlı məqalələrin ayrılmasına ehtiyac var.

Scopus məlumat bazasında mövcud olan bütün məqalələrin araşdırılması və dərman bitkiləri, ənənəvi tibb sahəsində dərc olunmuş məqalələrin analiz edilməsi ilə 2021-ci ildə scopusda mövcud olan 77327 məqalə arasından dərman bitkiləri, ənənəvi tibb sahəsi ilə bağlı 1995 məqalə çıxarılıb.

Regional elm və texnologiya informasiya mərkəzinin hesabatına və İslam dünyası elmlərinin ISC istinad mövqeyinə əsasən, dərman bitkiləri və bitki mənşəli məhsullar sahəsində İranın elm yaradıcılıq payı dünya üzrə 5.9%-dır. Bu da İranın region üzrə 1-ci və dünya üzrə 4-cü yerdə olması deməkdir.

Bu sahədə elm və texnologiya müşahidələri mənbələrindən biri olan scimago internet saytında əvəzləyici və tamamlayıcı tibb açar sözü, İranın ənənəvi tibb sahəsindəki elm, texnologiya yaradıcılğı mövqeyini araşdırmaq üçün axtarış qabiliyyətinə malikdir.

Aşağıdakı cədvəl, 1996-cı ildən 2020-ci ilə qədər ənənəvi tibb sahəsindəki məqalələrin artım prosesini göstərir. Cədvəldən göründüyü kimi məqalələrin sayı 2006-ci ildəki 59 məqalədən 2021-ci ildəki 500 məqaləyə qalxıb.

Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyində strukturlaşdırma, 2006-cı ildə İran Tibb kolleclərinin yaradılması, dərman bitkiləri və ənənəvi tibbin milliləşdirilməsi altında İran təbabətinin inkişafını dəstəkləməklə (2011-ci ildə Mədəni İnqilab üzrə Ali Şura tərəfindən təsdiq edilmişdir.), ənənəvi tibb sahəsindəki məqalələr 15 il ərzində təxminən 10 qat artmışdır. İran, hal-hazırda Çin, ABŞ və Hindistandan sonra ənənəvi tibb sahəsində məqalələr ərsəyə gətiməkdə 4-cü yerdədir.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir