Prezidentin müavini və Atom Enerji Təşkilatının rəhbərinin iştirakı ilə İsfahanda 20% zənginləşdirilmiş 10 meqavatlıq lövhə yanacaq tədqiqat reaktorunun tikintisinə başlanılıb.
27 Oktabr 2022-cil tarixində İsfahanın nüvə bölgəsində dövlət başçısının müavini Muhəmməd İslami, İran Atom Enerji Təşkilatının rəhbəri və ökənin nüvə sənayesinin yüksək rütbəli idarəçilərinin iştirakı ilə 10 meqavatlıq tədqiqat reaktorunun tikinti əməliyyatının başlanması həyata keçirilib.
Bu tədqiqat reaktoru yüngül hovuz suyu və 20% zənginləşdirilmiş lövhə yanacağı növündəndir. Nüvə yanacağı və materiallarının sınaqdan keçirilməsində, tibbi və sənaye radioizotopların istehsalı, tədqiqatların genişləndirilməsi, neytron şüaların tətbiqi, 10 meqavatlıq tədqiqat reaktorunun istifadə ediləcəyi sahələrdir.
Bu reaktorun lahiyə və tikintisi İranın nüvə sənayesi alimlərinin səyləri ilə tam şəkildə lokallaşacaq və bu mərkəz, tikinti başa çatdıqdan sonra beynəlxalq təlimlər əsasında nüvə elmləri və texnologiyası zəmnində işə başlayacaq.
Bundan əvvəl Atom Enerji Təşkilatının rəhbəri 27 yul 2022-ci il tarixində İsfahan nüvə kompleksinə baxış keçirdiyi zaman demişdir ki, nüvə istehsalı zəncirinin təkmilləşməsi üçün tezliklə İsfahanda tədqiqat reaktoru yaradılacaq.
Muhəmməd İslami tədqiqat reaktorlarının işə salınması ilə yanacaq sınaqlarının müxtəlif sahələrdə mümkün olacağına işarə edərək deyib: Bu layihənin bütün detalları yerli və İran biliklərinə əsaslanır və tədqiqat, qiymətləndirmə, sınaq və nüvə istehsalının təmin edilməsi zəncirini təkmilləşdirəcək.
O, daxili potensialları və elmə əsaslanan şirkətləri işlətməklə sənayeləşməyə doğru getmək üçün sey etdiklərini bildirərək əlavə edib: İran, İsfahan Nüvə Kompleksində atom yanacağı reaktorlarının istehsalı ilə dünyada təmiz yanacaq istehsal edənlərin dəstəsinə qoşulacaq.
Atom Enerji Təşkilatının rəhbəri, hal-hazırda ölkədə 1000 meqavat atom elektrik enerjisinin istehsalı üçün elektrik stansiyasının tikildiyini və digər 2000 meqavat üçün elektrik stansiyasının tikintisinin davam etdiyini bildirərək deyib ki, təşkilatın hədəfi ölkədə 10 000 meqavat atom elektrik enerjisinə çatmaqdır.