İsfahan Elm və Tədqiqat Şəhərciyi “Xüsusi İqtisadi Zonaların Qlobal Tərəfdaşları Təşkilatı” (GASEZ) tərəfindən beynəlxalq səviyyədə davamlı inkişaf hədəflərinə yetişməkdə nümunəvi region olaraq seçilib.
Xarici KİV-in İsfahan Elm və Tədqiqat Şəhərciyinin İctimai Əlaqələr şöbəsinə istinadən verdiyi məlumata əsasən, Xüsusi İqtisadi Zonaların Qlobal Tərəfdaşları Təşkilatı (GASEZ) digər beynəlxalq təşkilatların iştirakı və xüsusi iqtisadi zonalar tərəfindən davamlı inkişafda, effektiv təşkilatların müəyyənləşdirilməsində və nümunəvi təşkilatların təcrübələrinin bölüşdürülməsində agahlığın artması və mədəniyyətin yaradılması məqsədilə ardıcıl proqram həyata keçirib.
İsfahan Elm və Tədqiqat Şəhərciyi bu proqram və beynəlxalq tədbirdə qiymətləndirilib vədavamlı inkişaf hədəflərinə yetişməkdə nümunəvi zonalar (SDG Model Zone) sırasına daxil edilib.
Bu proqram və qiymətləndirmə Xüsusi İqtisadi Zonaların Qlobal Tərəfdaşları Təşkilatı (GASEZ), xüsusilə Beynəlxalq Ticarət və İnkişaf Konfransının və Elm Parkları və İnnovasiya Zonalarının Beynəlxalq Assosiasiyası (IASP) tərəfindən həyata keçirilib.
Bu qiymətləndirmədə şəraitə malik olan 200-dən çox qrup təqdim olunub. Onların arasından 50 elm və texnologiya parkı, sənaye inkişafı qrupu, elm və texnologiya zonaları davamlı inkişaf üçün nümunəvi zonalar olaraq seçilib. Bunların da arasından 17 kompleks, o cümlədən İsfahan Elm və Tədqiqat Şəhərciyi Beynəlxalq Elm Parkları Assosiasiyasının (IASP) üzvüdür.
Bu qiymətləndirmədə olan əsas meyarlar davamlı inkişafla bağlı fəaliyyətlərin yerinə yetirilməsinə dair öhdəlik, davamlı inkişaf məqsədləri zəmnində investisiyanın rəvac tapması (SDG), ətraf mühit və idarəetmədə sosial uyğunlaşma və standartlara riayət etmə səviyyəsi, ünsiyyət, texnologiyanın yayılması və digərlərinə faydadır.
Seçilmiş təşkilatlar davamlı inkişafla əlaqədar tədbirlərdə başqaları üçün nümunə kimi qəbul edilir. Digər tərəfdən də, özləri beynəlxalq qrumlar tərəfindən inkişaf etdirilib, təlim görürlər.
İsfahan Elm və Tədqiqat Şəhərciyi İranın bu beynəlxalq uğura imza atan yeganə kompleksidir. Digər seçilmişlər İspaniya, Çin, İsveç, Türkiyə, Amerika, BƏƏ, Dubay, Cənubi Koreya və Kanada kimi ölkələrdəndir.
Xüsusi İqtisadi Zonaların Qlobal Assosiasiyası (GASEZ) davamlı inkişaf üçün Xüsusi İqtisadi Zonalardan (SEZ) yeni nəslin yaradılması məqsədi ilə təşkil olunub.
Bu Assosiasiya 2022-ci ildə Yamaykanın Monteqo Bay şəhərində Afrika İqtisadi Zonalar Təşkilatı (AEZO), Amerika Qitəsinin Azad Ticarət Zonaları Cəmiyyəti (AZFA), Çin Sənaye Parklarının Yaşıl İştirak Təşkilatı (GPIPC), Beynəlxalq Elm və Texnologiya Parkları və İnnovasiya Zonaları Assosiasiyası (IASP), Xarici Ticarət Zonalarının Milli Assosiasiyası (NAFTZ), BMT-nin Ticarət və İnkişaf Konfransı (UNCTAD), Azad və Xüsusi İqtisadi Zonaların Qlobal Federasiyası (FEMOZA) və Qlobal Azad Zonalar Təşkilatı tərəfindən fəaliyyətə başlayıb.
İsfahan ölkənin bütün elm təməlli şirkətlər arasından 9%-dən çox pay əldə etməklə elm və texnologiya sahəsində qabaqcıl vilayət kimi 2-ci yeri qazanıb.
Həmçinin bu vilayət ölkənin birinci və yeganə elm və tədqiqat şəhərciyinə malikdir. 2001-ci ildən oradan elm və texnologiya parklarının yaradılması ideası formalaşıb və bugün bu şəhərcik hökumətin dəstəyi, texnoloqların və xüsusi sektorun səyləri sayəsində İranın ən böyük elm təməlli kompleksi sayılır. Orada təxminən 700 bölmə, texnoloji və elm təməlli şirkət və 9000-ə yaxın işçi var.
İsfahan Elm və Tədqiqat Şəhərciyi ilkin və hərtərəfli inkişaf mərkəzlərinə və Şeyx Bəhai elm və texnologiya parkına sahibdir.
İnkişaf mərkəzinin fəaliyyətə başlamasının məqsədi təhsil almış sahibkarlara və alimlərə dəstəkdir. Beləki, sahibkarların öz idea, yaradıcılıq və nailiyyətlərini bazara çıxarmaq qabiliyyətinə malik olan məhsullara çevirmək üçün ehtiyac duyduqları imkanlar bu mərkəzdə onların ixtiyarına verilir və yeni şirkətlər təsis etmək üçün onlara kömək olunur.
YUNESKO-nun İnkişaf Mərkəzlərinin və Elm və Texnologiya Parklarının İnkişafı üzrə Regional ofisi (IRIS) də 2009-cu ildən etibarən İsfahan Elm və Tədqiqat Şəhərciyində yerləşib.