İraq, Tehran Tibb Elmləri Universitetinin Kərbəla filialının yaradılmasına razılıq verib

  İraqın baş naziri “Muhəmməd Şiya əs-Sudani” hökumətin Nazirlər Kabinetinin iclasında Tehran Tibb Elmləri Universitetinin beynəlxalq filialının Kərbəla vilayətində yaradılması ilə bağlı razılıq verib.

   Xarici KİV-in verdiyi məlumata görə, İraqın Baş Nazirinin Media İdarəsinin bəyanatında deyilir ki, İraqın Ali Təhsil və Elmi Tədqiqatlar Nazirliyinin nizamnaməsində qeyd olunan göstərişlərə tam əməl olunmaq və Baş Nazirin Katibliyi dairəsində deyilən hüquqi mərhələləri keçmək şərti ilə Tehran Tibb Elmləri Universitetinin (İraqda beynəlxalq şöbəsi) Kərbəla vilayətində yaradılmasına razılıq verilib.

 İraq dövlətinin bu addımı, İran İslam Respublikasının davamlı mədəniyyət məsləhətləşmələri səylərindən və İranın Bağdaddakı səfirliyinin İraqın baş naziri ilə son danışıqlarından sonra hökumətin gündəmində yer tapıb və qəbul olunub.

  Ölkənin Tibb Elmləri Universitetlərinin İnkişafı Şurasının 284-cü iclasında Tehran Tibb Elmləri Universitetinin beynəlxalq şöbəsinin (Sibteyn Universiteti adında) İraqın Kərbəla şəhərində yaradılması ilə bağlı razılaşma əldə olunub və onun lisenziyası verilib.

  İdarəçiliyi 50 il müddətinə Tehran Tibb Elmləri Universitetinə həvalə edilmiş Sibteyn Universiteti birinci mərhələdə tibb, reabilitasiya, tibb bacısı və mamalıq fakültəsi olmaqla 3 tibb fakültəsinə sahib olacaq və təhsilin müxtəlif mərhələlərində, təkmilləşmə mərhələlərində tələbələr, həkimlər və mütəxəssislərin qəbuluna başlayacaq.

  Kərbəlada universitetin şöbəsinin yaradılması ilə bağlı razılaşma 2019-cu ilin İyun-İyul aylarında Tehran Tibb Elmləri Universiteti ilə Müqəddəs Hüseyni (ə) Astanası arasında imzalanıb. Tehran Tibb Elmləri Universiteti Kərbəla filialında tibb, sağlamlıq, tibb bacısı, aczaçılıq və reabilitasiya fakültələrinin yaradılması üçün hazır olduğunu bildirib.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir