İran komandası gənclərin yunan-roma güləşi üzrə Asiya çempionatında yeddi qızıl, bir gümüş və iki bürünc medalla inamla Asiya çempionu olubdur.
İRİB-nin məlumatına əsasən, gənclərin yunan-roma güləşi üzrə Asiya çempionatı çərşənbə axşamı və çərşənbə günlərində Bəhreynin Manama şəhərində keçirilib. Sonda İran komandası Seyid Arəş Negəhdari, Əhmədrza Möhsünnejad, İman Məhəmmədi, Seyid Danyal Söhrabi, Əmir Əbdi, Əlirza Mohmedi və Fərdin Hidayəti vasitəsilə qızıl medallara nail olub. Məsud Kavusi gümüş, Əli Abidi-Dərzi və Əmirrza Əkbəri isə bürünc medal qazanıblar.
Bu yarışların komanda sıralamasında İran 225 xalla birinci, Qazaxıstan 175, Qırğızıstan isə 155 xalla ikinci və üçüncü olublar.