İranlı yeniyetmə taekvondoçular daha bir qızıl medal qazandılar

İranlı taekvondoçular Bolqarıstanın Sofiya şəhərində keçirilən yeniyetmələr arasında on üçüncü dünya çempionatının ikinci gecəsində iki qızıl medal qazanıblar.

İRİB-nin məlumatına əsasən, Əbülfəzl Zəndi layiqli şəkildə Honq-Konq, Taypey Çini, İtaliya, İordaniya və Qazaxıstan nümayəndələrini qarşısından götürüb və finalda tailandlı taekvondoçuya qalib gəlib.

İlk etapda istirahətdən sonra Cənubi Koreya, Misir, Avstraliya və Ukraynadan olan rəqiblərini məğlub edən Mobina Nemətzadə final görüşündə Tailanddan olan idmançını qüdrətlə məğlub və qızıl medla əldə edibdir.

İran millisi bu mərhələnin ikinci gününün sonunadək üç qızıl və bir gümüş medal qazanmağa müvəffəq olub.

Sogənd Şiri, Mobina Nemətzadə və Əbülfəzl Zəndi qeyd olunan üç qızıl medalın sahibləridirlər. Iran komandasına bir gümüş medalı isə Pərniya Salmani qazandırıb.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir