İranlı velosipedçilər İslam Həmrəyliyi Oyunları altında keçirilən velosipedsürmə yarışlarında dörd müxtəlif medalla işlərini başa vurublar.
İRİB-nin məlumatına əsasən, Kişilər bölməsində Məhəmməd Gəncxanlı qızıl, Behnam Aryən isə iki gümüş medalı İranl velosipedçilərinə töhfə veriblər.
İslam Həmrəyliyi Oyunları altında keçirilən velosipedsürmə yarışlarında İranın üç nümayəndəsi qadınlar bölməsində mübarizə aparıb. Sonda Mandana Dehqan bürünc medal qazanıbdır.
Bu minvalla, İranın velosipedsürmə komandası bir qızıl, iki gümüş və bir bürünc medalla beşinci İslam Həmrəyliyi Oyunlarında öz işini başa vurub.