İranlı texnoloqlar ağıllı suvarma sistemlərini istehsal etməyə nail olublar

Elm təməlli bir şirkət ağıllı suvarma və su təchizatı sistemlərinin və yeni enerji sistemlərinin dizayn və istehsalı haqda məlumat verib.

Elm təməlli şirkətin icraçı direktoru Fazil Məkariyan Fərd Cəhrəmi kənd təsərrüfatı və digər sənaye sahələrinin suvarma və su təchizatı prosesinə nəzarətin idarə olunması ilə bağlı ehtiyacının elm təməlli Chater Sabz Sanat Barbad Şirkətinin məhsullarının istehsalına səbəb olmasını bəyan edərək əlavə edib: Bir tərəfdən əsas sektor olaraq kənd təsərrüfatı sahəsində su məsələsi və ondan optimal istifadənin zəruriliyi, qida təhlükəsizliyinin kənd təsərrüfatı məhsulları ilə bağlılığı, məhsul yığımının artmasındakı istehlakın idarə olunmasının rolu və nəticədə istifadəçilər üçün iqtisadi əsaslandırma, digər tərəfdən də kənd təsərrüfatı sahəsində davamlı məşğuliyyət və kənd təsərrüfatı sahəsindəki istehsalçıların azalmasının qarşısının alınmasında onun rolu və təsiri nəzərə alınmaqla, enerji istehlakının optimal nəzarətinə və idarə olunmasına dair infrastrukturlara çox ehtiyac var. Ağıllı suvarma və su təchizatı sistemləri idarəetmə prosesinin ən əsas avadanlıqlarından sayılır.

O, vurğulayıb: Ağıllı suvarma üçün lazım olan infrastruktur olaraq ağıllı kran, ətraf mühit sensorları və inteqrasiya edilmiş idarəetmə serverlərindən istifadəyə olan ehtiyac, texniki və mühəndislik sektorunda özünü təmin etmənin vacibliyini çatıdırır. Bu avadanlıqlar bütün məntəqələrdə, xüsusən də tropik və məhrum məntəqələrdə istixanaların yaradılması, kənd təsərrüfatı və bağçılıq, akvakultura və quşçuluqda istifadə olunur.

Məkariyan Fərd sözlərinin davamında deyib: Bu avadanlıqların enerji istehlakının idarə olunmasında günəş panellərdən istifadə etmək imkanı var. Əkinçilər ağıllı kran üçün əsas istehlakçı olaraq müyyən edilir. Ağıllı suvarma avadanlığı məhsullarının 80%-u bu sahəyə və qalan 20%-i sənaye, maldarlıq və içməli kənd sularının nəqli sahəsinə aiddir.

Kənd təsərrüfatı sahəsində suvarma, sənaye və kənd sahəsində su təchizatı hədəf bazarına uyğun bazarın təxmini tutumu 38 min ədəd suvarma avadanlığıdır. Şirkət daxili bazar üçün ildə azı 770 ədəd avadanlıq istehsalını planlaşdırır.

Bu texnologiya üzrə fəal şəxs şirkətin istehsal etdiyi kənd təsərrüfatına aid ağıllı kranın xarici nümunələri ilə fərqləri barəsində deyib: İstehsal olunan kranda suyun açılıb-bağlanması kranın özü tərəfindən həyata keçirilir, halbuki, Amerika istehsalı olan nümunədə xarici nəzarətçiyə simli kran quraşdırmaq lazımdır. ABŞ modelinin ölçüsü 1 və 3 düym, İran şirkətinin ölçüsü isə ½ ilə 6 düym arasındadır. ABŞ nümunəsini açıq saxlamaq üçün onun bobbin həyəcan gərginliyi həmişə təmin olunmalıdır, amma bizim istehsal etdiyimiz nümunədə yalnız açılma və bağlanma zamanı enerjiyə ehtiyac var. Bundan əlavə, ağıllı kranın hər əməliyyatından sonra cavabı suvarma şəbəkəsi serverinə və tətbiqə göndərmək imkanı var, halbuki, ABŞ modelinin belə bir funksiyası yoxdur.

Məkariyan Fərd sözlərinin davamı olaraq deyib: İstehsal etdiyimiz nümunə İranda çox yayılmış avadanlıqların klapanlarına və iş təzyiqinə uyğun istehsal olunur. Halbuki, ABŞ modeli diafraqmanın köməyi ilə nəzarət əməliyyatlarını həyata keçirir, EC və su duzlarına görə, qısa bir müddətdə sızma və ya əməliyyatda pozğunluq yaranır. Digər tərəfdən də, ABŞ modeli ehtiyat nəzarətçi məhsul ilə əlaqə saxlamaq üçün simli əlaqədən istifadə edir. Halbuki, bizim istehsal etdiyimiz məhsul RS485 və radioəlaqə ilə qoşulmanı təmin edir.

Elm təməlli şirkətin icraçı direktoru deyib: İstehsal olunan modelin xarici model ilə digər fərqli cəhəti budur ki, ABŞ modelinin iş təzyiqi maksimum 10-dur, bizim məhsul 15 dəfəyə qədəri dəstəkləyir. ABŞ modeli üçün başlanğıc gərginlik 24 voltdur. Halbuki, istehsal etdiyimiz məhsulun iş gərginliyi 12 ya 24 voltdur və ehtiyat qidalanma ilə yüksək həmahəngliyə sahibdir.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir