İranlı texnoloq xanımın rəhbərliyi altında, sənayedə geniş istifadə olunan maddələrin istehsalı

Müxtəlif aşqarlardan (əlavələrdən) təşkil olunan sənaye sürtkü yağları sənayedə istifadə edilən ən əsas materiallardan biridir. Texnoloq xanımın rəhbərlik etdiyi elm təməlli şirkətlərdən biri, bu əlavələri istehsal edərək bazara çıxarır.

Xarici KİV-in Prezident yanında Elm, Texnologiya və Elm Təməlli İqtisadiyyat müavinliyinə istinadən verdiyi məlumata görə, elit və texnoloq xanımın rəhbərliyi altındakı elm təməlli şirkətlərdən biri, yerli formulalardan istifadə etməklə sənaye yağlarında geniş istifadə edilən aşqarları (əlavələri) istehsal edib bazara çıxarmağa müvəffəq olub.

Şirkətin baş direktoru Atifə Əmini şirkətin fəaliyyətinə işarə edərək deyib: Bu şirkətin əsas missiyası yüksək keyfiyyətli və dünya səviyyəli brendlərlə rəqabət aparma qabiliyyətli sənaye və motor sürtkü yağlarında istifadə olunan aşqar paketləri istehsal etməkdir.

O, əlavə olaraq deyib: Bu şirkət ilk olaraq sənaye və motor sürtkü yağlarında geniş istifadə olunan aşqar maddələrindən bir neçəsinin istehsal imkanını araşdırmaqla öz işinə başladı. Işinin davamında aşqar paketlərin istehsalı üzərində diqqətini cəmləməklə, sürtkü yağlarındakı ümumi aşqar paketlərinin, o cümlədən hidravlik, motor, metal emalı səanyeləri, dişli və.s kimi yağlarda istifadə olunan aşqar paketlərin formullarını əldə etməyə nail oldu.

Bu aktiv texnoloq sözlərinin davamında deyib: Hal-hazırda Hamgam Sadr Sanat Sepahan Şirkətinin fəaliyyət sahələri keyfiyyətli və müasir dünya standartları tələblərinə uyğun məhsul təqdim etmək, sürtkü yağları sahəsində xüsusi laboratoriya testlərinin həyata keçirilməsi, satışdan sonrakı xidmətlərin göstərilməsi, müxtəlif növ sürtkü yağların istehsalı sahəsindəki texniki məsləhətləşmə xidmətləri, kommersiya işləri və aşqar (əlavə) maddələrin satışı ilə bağlıdır.

Əmini hidravlik yağın aşqar paketini bu şirkətin biliyə əsaslanan məhsulu kimi təqdim edərək deyib: Bu məhsulun idxal olunmasına və daxili nümunəsinin olmamasına görə, onun lokallaşmağa ehtiyaclı olduğu hiss olundu. Buna görə də onu istehsal etməyi qərara aldıq.

O, bu elm əsaslı məhsulun xarici nümunəsinə nisbətdə rəqabət üstünlüyü barəsində deyib: Xarici nümunələrinə nisbətdə çox aşağı qiymət və eyni keyfiyyət, satışdan sonrakı dəstək və münasib xidmətlər, onun istifadəsini daxili və xarici istehlakçılar üçün optimallaşdırır.

Elm təməlli bu şirkətin baş direktoru bildirib ki, bu məhsulun lokallaşması və ölkə daxili ehtiyacın ödənilməsi valyuta mübadiləsinin qarşısını xeyli dərəcədə alıb.

O, Hamgam Sadr Sanat Sepahan Şirkəti tərəfindən yaradılmış məşğuliyyət barəsində deyib: Bu şirkət birbaşa olaraq 17 nəfəri işlə təmin edib. Halbuki dolayı yolla yaradılmış məşğuliyyətdə işçi sayı daha çoxdur.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir