İranlı tədqiqatçılar tərəfindən beyin şişinin dəqiq hədəfə alınması

İranlı tədqiqatçılar mürəkkəb və təhlükəli cərrahiyyə əməliyyatlarının daha sürətli və yüksək dəqiqliklə yerinə yetirilməsi üçün bir sistem hazırlamağa müvəffəq olublar.

Mürəkkəb və təhlükəli cərrahiyyə əməliyyatlarda ölüm halları çox idi. İranlı texnoloqlar cərrahiyyə rəhbərlik sistemi yaratmaqla, ölüm hallarını əhəmiyyətli dərəcədə azaldıblar. Məsələn, nevrocərrahiyyə sahəsində bu texnologiyadan istifadə etmək cərrah həkimə bu imkanı yaradır ki, şişin tamamilə və digər sağlam toxumalara ziyan vurmadan kəsilməsinə əmin olsun.

Bu sadə və istifadəçi bəyənən sistemləri nevrocərrahiyyə, burun, boğaz, onurğa, CMF və ortopediyada istifadə etmək olar.

2006-cı ildə yaradılan elm təməlli şirkətin məqsədi müxtəlif sahələrdə cərrahların ehtiyacları əsasında innovativ həll yolları təqdim etməkdir. Hansı ki, bu innovativ yollar cərrahlara mürəkkəb cərrahiyyə üsullarını rahat, tez və az xərclə həyata keçirmələrinə imkan verir.

Keçmişdə cərrahi naviqasiya sistemlərinin istehsalı texnologiyasına yalnız Almaniya və Amerika sahib idi. Bugün İranın Parseh Intelligent Surgical Systems Co. şirkəti qeyd edilən sistemin yeganə istehsalçısıdır.

Bu innovativ sistem İranın 120-dən çox xəstəxanasında quraşdırılıb.

Bu elm təməlli şirkətin baş direktoru Əlirza Əhmədiyan Compo TM cərrahi rəhbərlik sistemini nevrocərrahiyyə, burun, boğaz, onurğa, çənə və üz əməliyyatları üçün universal cərrahi naviqasiya sistemi adlandırıb və deyib: Bu sistem cərrahlara mürəkkəb cərrahiyyə əməliyyatlarını arxayınlıqla yerinə yetirmələrinə və  cərrahi naviqasiya sistemlərini ən sadə şəkildə təcübədən keçirmələrinə imkan verir.

O, sözlərinin davamında deyib: Bu texnologiyadan istifadə cərrah həkimə bu imkanı yaradır ki, şişin tamamilə və digər sağlam toxumalara ziyan vurmadan kəsilməsinə əmin olsun. Həmçinin digər beyin və sinir cərrahiyyə üsullarında nəzərdə tutulan nöqtələr rahatlıqla təyin edilib, əməliyyat zamanı onların dəqiq mövqeyi müəyyən edilir. Bundan əlavə, qulaq, burun və boğaz sahəsində naviqasiya texnologiyasından istifadə etmək invaziv əməliyyatların daha az invaziv yerinə yetirilməsinə və çətin cərrahiyyə əməliyyatının qədim cərrahiyyə üsulu ilə müqayisədə daha keyfiyyətli şəkildə həyata keçirilməsinə səbəb olur.

Parseh Intelligent Surgical Systems Co. şirkətinin baş direktoru İranın 120-dən çox xəstəxanasının bu elm təməlli məhsuldan istifadə etdiyinə işarə edərək, bildirib: Bu məhsul keyfiyyət baxımından tamamilə rəqabətcil, kəmiyyət baxımından isə oxşar xarici nümunələrindən 50% daha münasibdir.

O, sonda bu məhsulun bir neçə Avropa ölkəsinə ixrac edildiyinə toxunaraq, deyib: Hazırda məhsulun ixrac olunmasına şərait yaratmaq üçün Türkiyə və Yunanıstanla danışıqlar aparırıq.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir