İranlı tədqiqatçılar mühüm bir bateraya növünün yerli biliyini istehsal etməyin bir addımlığında

İranlı tədqiqatçılar çox qatlı nanokompozitləri sintez etməklə, mühüm bir batareya növünün istehsalına dair yerli bilik əldə etməyə çalışırlar.

Bir növ geri dönən kimyəvi reaksiyalardan elektrik enerjisi istehsal etmək batareyalarda əsas mexanizmdir. Bu günkü günümüzdə elektronik vasitələrdə litium-ion batareyasından geniş şəkildə istifadə olunmasına baxmayaraq, bu batareyaların bəzi göstəricilərində ciddi zəiflik var. Buna görə də, müxtəlif tədqiqatçılar onun komponentlərini təkmilləşdirmək istəyirlər yaxud yeni  batareyalar təklif edirlər.

Yeni batareyalardan biri, göstəriciləri yaxşı olduğu təqdirdə, gələcəkdə litium-ion batareyasının alternativi olaraq təqdim edilə biləcək alüminium batareyasıdır. Bu istiqamətdə Elmi Müavinliyin Nanotexnologiya Mərkəzi, mövzusu bu yeni batareya barəsində olan iranlı tədqiqatçıların layihəsini təqdim edib.

“V2CTx/CNT nanokompozit sintezi və onun elektrokimyəvi xassələrinin araşdırılması” Tarbiat Modares Universitetində Mütəhhirə Sadat Möhsini Salehi Munfəridin Ehsan Taheri Nəssacın rəhbərliyi ilə sona yetirdiyi layihənin adıdır. Bu layihənin nəticələri göstərir ki, bu nanokompozitlə alüminium batareyasının elektrodlarını və iş performansını təkmilləşdirmək olar.

Karbon nanoborular (CNT) mexaniki, elektroniki, səthi və müxtəlif nanokompozit quruluşları ilə uyğunluq xüsusiyyətlərinə görə, bugün batareyaların və superkondensatorların elektrodlarının istehsalında əhəmiyyətli dərəcəyə malik olan maddə kimi təqdim olunurlar.

Salehi Munfərid batareyaların mexanizminin izahında deyib: İon batareyalarının işləmə mexanizmi ionların ion maye elektrolit vasitəsilə elektrodlar arasında get-gəl etməsindən ibarətdir. Boşalma prosesi zamanı ionlar anoddan çıxıb katoda daxil olurlar. Doldurma zamanı əks proses baş verir. Buna görə də, elektrod batareyaların iş prosesində əhəmiyyətli rola malikdir.

Kompozitləşmənin xüsusi tutuma və batareyanın elektrokimyəvi dövriyyə qabiliyyətinə olan təsirinin tədqiqi, katod aktiv material tozlarının ölçüsü və morfologiyasının optimallaşdırılması bu layihənin hədəfləri olaraq qeyd olunub.

Layihə icraçısı bildirib: Bu layihənin nəticələri alüminium-ion yaxud alüminium superkondensator batareyasının katod elektrodunun istehsalına aid yerli biliyin yaranmasına kömək edir. Hətta imkanlar və avadanlıqlarla məhsulun nümunəsini istehsal etmək də olar.

Salehi Munfərid əlavə edib: Bu yaxınlarda doldurulma qabiliyyətli alüminium-ion batareyaları litium-ion batareyalarının ümidverici alternativi olaraq diqqət mərkəzindədir. Yüksək tutumlu materiallardan istifadə etmək ona görədir ki, bu quruluşlar yüksək şarj sürətlərində yüksək enerji sıxlığı ilə enerjinin saxlanmasına nail olmaq üçün yeni yol yaradır.

Nanotexnologiya Mərkəzinin məlumatına görə, bu layihə İran Elm Fondunun himayəsindədir. Bu fond elmi kənar layihələri və elmi sərhədləri dəstəkləyir.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir