İranlı tədqiqatçılar mal-qara üçün yeni nəsil qida əlavələri əldə ediblər

İranlı tədqiqatçılar mal-qara üçün, təyin edilmiş proqram əsasında komponentlərini heyvanın həzm borusuna buraxan yeni nəsil qida əlavələri hazırlayıblar. Bu qida əlavələri, qida maddələrinin daha yaxşı qəbul edilməsində heyvana kömək edir.

Xarici KİV-in Prezident yanında Elm, Texnologiya və Elm Təməlli İqtisadiyyat müavinliyinə istinadən verdiyi məlumata görə, elm təməlli bir şirkətin bir qrup texnoloqu texnoloji üsuldan istifadə etməklə, gövşəyən heyvanların bədənində qida əlavələrinin daha yaxşı qəbul olunması üçün zəmin yaradıblar.

Bu şirkətin baş direktoru Simin Xorsəndi bu şirkətdə doğma texniki bilikdən istifadə edilməklə, mal-qara üçün nəzərdə tutulan bu məhsulun istehsalına işarə edərək deyib: Kondresh Edible Blues adlı bu məhsul heyvanların yeni nəsil qida əlavələri olaraq istifadə edilir.

O, heyvan və baytarlıq elmləri sahəsində geniş şəkildə tədqiqatlar aparmaqla və ekspertlərin gücündən bəhrələnməklə, həmçinin kənd təsərrüfatı sahəsindəki tədqiqatları həyata keçirməklə, yeməli bluza komponentlərinin qabıqdan çıxarılması texnologiyasına nail olduqlarını bəyan edərək deyib: Bu qida əlavəsi elə bir şəkildə hazırlanıb ki, heyvana lazım olan qida maddələri bluzaların daxilinə yerləşdirilir. Heyvan onu yedikdən sonra bu maddələr gün ərzində təkrar istifadəyə ehtiyac olmadan yavaş-yavaş və uzun müddətdə heyvanın bədəninə yetişir.

Xorsəndi, yeməli bluzalardan istifadənin gövşəyən heyvanların bədənində qida əlavələrinin daha yaxşı qəbul olunmasına kömək etdiyini bildirərək deyib: Heyvandarlıq sahəsindəki bu qida əlavəsi elə bir şəkildə hazırlanıb ki, təyin edilmiş proqram əsasında komponentlərini heyvanın həzm borusuna buraxır.

Bu ekspert bu məhsulun xarici nümunəsinin olduğunu bildirərək sözlərinin davamında deyib: Aşağı qiymət, xarici nümunəsilə eyni keyfiyyətdə olmaq, məhsulun ölkədəki heyvanlarla uyğunluğu, əyani və qiyabi şəkildə məsləhətlərin verilməsi, dərmanı heyvana yedizdirmək üçün lazım olan aparatların istifadə qaydasının öyrədilməsi bu məhsulun rəqabət üstünlüklərindən sayılır.

O, bu şirkətdə yaradılmış məşğuliyyət barəsində deyib: Hal-hazırda bu şirkətdə birbaşa olaraq 10 nəfər fəaliyyət göstərir. Amma yaradılmış biznes zəncirini, satış nümayəndəliklərini və istehsal sahəsində fəaliyyət göstərən işçiləri nəzərə alsaq, dolayı yolla işlə təmin olunanların sayı daha çoxdur.

Xorsəndi Prezident yanında Elm, Texnologiya və Elm Təməlli İqtisadiyyat müavinliyinin dəstəklərinin elm təməlli və yaradıcı şirkətlərin inkişafı və rövnəqlənməsi ilə nəticələndiyini vurğulayaraq əlavə edib: Elm təməlli, texnoloji və yaradıcı bölmələr üçün nəzərdə tutulmuş imkanlar bu bölmələrin inkişafına çox təsir edib. Gələcəkdə də digər imkanların əldə olunması istiqamətində icra strukturları ilə daha çox həmahəngliyin baş tutacağına ümid edirik.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir