İranlı tədqiqatçılar tərəfindən xarici nümunəsi ilə müqayisədə daha ucuz və yan təsirləri olmayan xərçəng dərmanının hazırlanması

Elm təməlli bir şirkətin tədqiqatçıları nano texnologiyasının köməyi ilə xərçəng xəstəliyinin müalicəsində vacib və qabaqcıl dərman istehsalına nail olublar. Bu dərman illik olaraq idxal həcmini 25 milyon dollar azalda bilər.

Xarici KİV-in Prezident yanında Elm, Texnologiya və Elm Təməlli İqtisadiyyat müavinliyinə istinadən verdiyi məlumata əsasən,elm təməlli bir şirkət nano sahəsindəki yerli biliyin köməyi ilə adi dərmanların sahib olduqları yan təsirləri olmayan anti-xərçəng dərmanı istehsal etməyə nail olublar. Bu da illik olaraq ölkə üçün 25 milyon dollar valyuta qənaəti gətirəcək.

Bu elm təməlli şirkətin baş direktoru Əhməd Purəhədi xərçəng əleyhinə və nanotexnologiyaya əsaslanan dərmanların hazırlanması və istehsal edilməsinə işarə edərək deyib: Təxminən 8 ildir ki, İran bazarlarında mövcud olan xərçəng əleyhinə xarici dərmanlardan biri, Liposomal doksorubisin-dir və o, geniş (yayılmış) xərçəng növləri üçün, əsasən də, döş xərçəngi və ondan sonra qan xərçəngi üçün istifadə olunur. Təbii ki, bu dərmanın adi nümunəsinin çoxlu yan təsirləri var.

O, əlavə edib: Bir neçə il əvvəl bir Amerika şirkəti Doksorubisin dərmanının yan təsirlərini azaldan bir dərmanı bazara çıxardı və onun üçün çox yüksək qiymət nəzərdə tutdu. Amma xoşbəxtlikdən elm təməlli şirkətin mütəxəssisləri tərəfindən bu dərmanın istehsal olunması ilə xarici nümunəsi ilə eyni keyfiyyətə sahib olması ilə yanaşı dərmanın xəstələr üçün yekun qiyməti idxal olunan xarici nümunələrinin üçdə bir qədər azalıb. İran istehsalı olan dərmandan istifadə etməklə xəstələrin bütün ehtiaycı təmin olunur.

Purəhədi əlavə olaraq deyib: İksir Nano Sina tərəfindən Nano liposomal doksorubisin dərmanı hazırlanmamışdan əvvəl bu dərmanın istehsalçısı bir Amerika şirkəti idi və bu dərmanın hər bir flakonunu ölkədən asılı olaraq 600-900 dollara satırdı. Bu elm təməlli şirkətin mütəxəssisləri tərəfindən bu dərmanın hazırlanması ilə daha az yan təsirlərlə xəstələrin, xüsusən də ürək xəstələrinin ehtiyaclarının təmin olunmasıyla yanaşı, valyuta çıxışının azaldılması üçün də zəmin yaranıb.

Bu elm təməlli şirkətin baş direktoru bu elm təməlli şirkətin hazırladığı doksorubisin dərmanında istifadə olunan nanolipozom texnologiyasına işarə edərək deyib: Bu texnologiyaya əsaslanaraq dərman maddəsi yalnız xərçəng hüceyrələrinə daxil olur və xərçəng hüceyrələrini aradan aparır. Buna görə də, onun yan təsirləri xeyli azalıb.

O, bu dərmanın hazırlanması üçün texnoloji araşdırmaların 10 il əvvəl bu elm təməlli şirkətin bir qrup akamedik mütəxəssisləri tərəfindən başlandığını bəyan edərək deyib: Səhiyyə Nazirliyinin bütün sərtliklərinə baxmayaraq, bütün lisenziyaları əldə etməyi bacardıq və indi elm təməlli məhsul xərçəng xəstələrinin ehtiyacını ödəyir.

Bu fəal texnoloq bu elm təməlli şirkət tərəfindən yaradılmış məşğuliyyətə işarə edərək əlavə edib: İksir Nano Sina 50 nəfər işçi qüvvəsinə sahibdir və kadrların çoxu mütəxəssislər və ali təhsillilərdir.

Purəhədi bu xərçəng əleyhinə dərmanlar bazarındakı elm təməlli məhsulların payına toxunaraq deyib: İranda bu dərmandan təxminən 20-25 min flakon istifadə olunur. Bu elm təməlli şirkət 5 ildir ki, ölkənin bütün ehtiyacını ödəməyə və hər il ölkənin 25 milyon dollar valyuta ehtiyatına zəmin yaratmağa nail olub.

O, bu elm təməlli şirkətin beynəlxalq icazələr əldə edərək ixracat sahəsinə daxil olmasına toxunaraq deyib: Dərman ixracatının özünəməxsus tələbləri və bəzən də problemləri var. Amma bu problemlərə baxmayaraq, bu məhsul İraqda və Flippində qeydiyyata alınmaqdadır və davamlı olaraq Suriyaya ixrac olunur.

Şirkətin baş direktoru elm təməlli məhsulların beynəlxalq bazarlara daxil olması üçün geniş dəstəklərin zəruri olduğuna işarə edərək deyib: Prezident yanında Elm, Texnologiya və Elm Təməlli İqtisadiyyat müavinliyi elm təməlli məhsulların ixrac olunması üçün həmişə öz dəstəyini müxtəlif şəkillərdə göstərib. Amma məhsulun ixrac olunması və qeydiyyata alınması şirkətə çoxlu xərclər gətirən sənədlərə ehtiyaclıdır. Qeydiyyat xərclərinin təmin olunmasının dəstəklənməsi elm təməlli şirkətlərin dünya bazarına çıxmalarına şərait yara bilər.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir