İranlı tədqiqatçılar tərəfindən plazma texnologiyası ilə bitki toxumlarının emalı

Plazma texnologiyası bir çox məhsulu inkişaf etdirmək üçün istifadə oluna biləcək mühüm və qabaqcıl texnologiyalardan biridir.

Bir çoxlarımız maddənin fiziki hallarından yalnız bərk, maye və qaz halını tanıyırıq. Amma istehsal texnologiyası bir çox yerlərdə istifadə olunan dördüncü bir hal da mövcuddur. Çox unikal xüsusiyyətlərə malik olan, elektronika, optika, əczaçılıq, kənd təsərrüfatı və tibbi sənayelər kimi müxtəlif yerlərdə cəlbedici və unikal tətbiqlərə sahib olan maddənin dördüncü halı plazmadır.

Əbutalib Muradi bu texnologiyadan müxtəlif sahələrdə istifadə edən elm təməlli bir İran şirkətinin baş direktorudur. O, bu şirkətin müxtəlif fəaliyyətlərinə toxunaraq deyib: Qida sənayesi sahəsində ixtiyarımızda olan sistemdən istifadə edərək qida tozunu neytronların yaxud ultrabənövşəyi şüaların azaldılması kimi ənənəvi üsulların qida keyfiyyətini qoruyub saxlamaqla yanaşı, sterilizasiya və mikrob yükünün azaldılması şəraitini yaratmağı bacarmadıqları tərzdə sterilizasiya etmişik. Əslində, ixtiyarımızda olan texnologiyadan istifadə etməklə, əczaçılıq və qida sənayesində istifadə olunan tozları sterilizasiya etməyə nail olmuşuq.

Bu elm təməlli sahənin aktiv üzvü sözlərinin davamında deyib: Uğur qazandığımız digər bir sahə günəş batareyalarıdır. Belə ki, biz vakuum səviyyəli mikrodalğalı plazma sistemində günəş batareyalarının səmərəliliyini artıra, həmçinin bu batareyaların istehsalı üçün lazım olan zamanı azalda bilmişik.

Muradi bu şirkətin digər fəaliyyət sahəsinin çap və qablaşdırma olduğunu bildirərək deyib: Müxtəlif sənayelərə aid qutuları şirkətimizdə istehsal etdiyimiz avadanlıqlarla elə bir şəkildə emal etmişik ki, yapışdırıcılar onların üzərində daha yaxşı yapışsın və ucuz polimerlər üzərində çox keyfiyyətli çapa sahib olaq.

O, bitki toxumlarının plazma mühiti içərisindəki emalını bu şirkətin başqa bir fəaliyyət sahəsi olduğunu bəyan edərək bildirib: Şirkətimizdə inkişaf etdirdiyimiz cihazlardan istifadə etməklə müxtəlif bitkilərin inkişafı və tumurcuqlama sürəti çox artıb. Bu, suyun az istifadə olunmasına, istehsal xərclərinin azaldılmasına və bitki mənşəli məhsulların istehsalının artmasına səbəb olur.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir