İranlı tədiqatçılar Orta Şərqdə ilk dəfə olaraq qabaqcıl bulud məhsuldarlığı radarı texnologiyasını lokallaşdırmağa nail olublar. Bu texnologiya, su çatışmazlığı probleminin həlli üçün böyük addımdır.
Bu quraqlıq və su çatışmazlığı illərində bəzən buludlar səmanı örtür və hər kəs yağış yağmasını gözləyir. Amma buludlar yağış olmadan yaxud az miqdarda yagmaqla ötüb keçirlər. Camaatın, xüsusi ilə əkinçilərin ümidini üzürlər. Bir neçə il az yağışlı olmaq quraqlığı daha da artırıb və hər kəsi bu problemin həlli üçün yol tapmağa məcbur edib. Statistika göstərir ki, bu il ötən ildən 20% daha az yağış yağıb.
Ölkənin tədqiqatçıları bu problemin həlli üçün “bulud məhsuldarlığı radarı” adlı qabaqcıl bir texnologiyanı lokallaşdırıblar.
Bu texnologiya o qədər mürəkkəb və hassasdır ki, sanksiya qoyularaq qadağan edilib və onun əsas formullarını dünyanın heç bir elmi bazasında tapmaq olmur. Amma bu elm təməlli şirkətin səyləri nəticəsində ölkə, bu qabaqcıl radara sahib olub. Bu böyük nailiyyətlə, yağıntının artması və su çatışmazlığı ilə mübarizə üçün böyük addımlar atmaq olar.
Bu radarın qabaqçcıl və inkişaf etmiş olmasını nəzərə almaqla İran Orta Şərqdə yeganə ölkədir ki, bu radarı lokallaşdırıb.
Buludların məhsuldarlığında nə baş verir?
Yağış yağmamağın elmi səbəbi var. Buluddakı su buxarının yağışa çevrilməsi üçün soyuq lazımdır. Yerin istiliyi və havanın çirkli olması bu prosesə mane olur. Bu problemin həlli üçün də kreogen maddələri ( soyuqluq yaradan maddələr) buludlara vurmaq lazımdır. Amma burada ən vacib iş, buludlarda su buxarının toplandığı və yağıntıya qabiliyyəti olan nöqtələri tapmaqdır. Əgər bu yerlər dəqiq müəyyən edilməsə, maddələr lazımsız və nəticə verməyən yerlərə səpiləcək.
Buna görə də mütəxəssislər deyirlər ki, buludları məhsuldar etmək üçün buludun xüsusiyyətlərini və hərəkətlərini müəyyən edən xüsusi radarlar lazımdır. Bu, macəranın ən mürəkkəb hissəsidir. Bu radarlar əslində məhsuldarlıq prosesinin gözüdür.
Bulud məhsuldarlığı radarı, digər qabaqcıl sistemlər kimi iki hissədən ibarətdir: Aparat və təlimat proqramı.
Radarın əsas hissəsi onun təlimat proqramıdır ki, bulud məhsuldarlığı üçün dronlarının yaxud təyyarələrinin dəqiq harda qərarlaşacağını və kroegen maddələrini vuracağı yeri mürəkkəb hesablamalarla təyin edir. Bunu qeyd etmək lazımdır ki, adi metroloji peyklər yalnız, buludun olduğu yerləri göstərir. Amma buludda əhəmiyyətli həcmdə su buxarının olduğu nöqtəni təyin etmək üçün müərkkəb hesablamalara ehtiyac var. Bir tərəfdən də bulud həmişə hərəkətdədir və bu, işi çətinləşdirir.
Buna görə də bu radarların təlimat proqramı sansksiya qoyularaq qadağan edilib. Aparatın hissələri təmin edilsə də, İran ötən illərdə bu texnologiyanı su çatışmazlığı və quraqlıq probleminin həlli üçün işlədə bilməmişdir. Amma “ Besaməd Mouc Qaim” adlı elm təməlli şirkətin tədqiqatçıları bir neçə illik xüsusi proqram əsasında, bu mürəkkəb təlimat proqramlı texnologiyanı tam şəkildə lokallaşdırmağı və hətta aparat hissələrini xarici nümunələrinə nisbətən optimal və daha səmərəli hazırlamağı bacarıblar.
İran istehsalı olan radarın hansı xüsusiyyətləri var?
Radar ilk növbədə münasib bir coğrafi bölgədə yerləşir, günəşlı bir gündə uyğun hava şəraitində bölgənin dağ, ağac və təbii əlavələr kimi müxtəlif hissələrini müəyyənləşdirməyə başlayır. Bununla da buludlu günlərdə bölgədən əldə etdiyi məlumatlardan bu hissələri silməklə buludu müəyyən edir.
Daha sonra bu mütərəqqi radar, buludun müxtəlif təbəqələrində şaquli və üfüqi vəziyyətdə axtarışa başlayır. Bu iş, dalğalar göndərmək, onlardan cavab almaq və əldə edilmiş məlumatları emal etməklə baş verir. Bu, ağır kalibrləmə tələb edən bir prosesdir. Çünki, göndərilən dalğalar gediş-gəliş zamanı müxtəlif dəyişikliyə məruz qalırlar.
Məlumatlar mərkəzi emal sisteminə çatan zaman, məumatlar orda emal olunur və su buxarı sıxlığının yüksək olduğu bölgənin coğrafi eni, uzunluğu və hündürlüyünü dəqiq şəkildə müəyyən edir. Bundan sonra dron yaxud təyyarə kreogen maddələri dəqiq hara vuracağı və yağıntıya səbəb olacağı yeri bilir.