İranlı tədqiqatçılar biotexnologiyalardan birinin köməyi ilə unikal xüsusiyyətlər, o cümlədən meyvə ağaclarında müntəzəm məhsuldarlıq və keyfiyyətli məhsul istehsalı yaratmağı bacarıblar.
Xarici KİV-in Prezident yanında Elm, Texnologiya və Elm Təməlli İqtisadiyyat müavinliyinə istinadən verdiyi məlumata əsasən, toxuma kulturası müxtəlif bitkilərin istehsalı üçün əsas texnologiyadır. Bu texnologiya çoxlu və yüksək keyfiyyətli bitkilərin və kənd təsərrüfatı məhsullarının istehsalı ilə nəticələnə bilər. Bu texnologiya elm təməlli bir şirkətdə müxtəlif bitkilərin istehsalı üçün istifadə olunan vasitədir.
Bu elm təməlli şirkətin baş direktoru Hamid Mahmudzadə toxuma kulturası və dəyişdirilmiş ştillər üsuli ilə meyvə ağaclarının vegetativ əsaslarının istehsalına işarə edərək deyib: Bu şirkətdə istehsal olunmuş vegetativ əsaslar əhəngli və qələvi torpaqlarla uyğunlaşma, tez məsul vermə və bu əsaslar üzərində yaradılmış ağacların məhsuldarlığının artması kimi üstünlüklərə malikdir.
Bu aktiv texnoloq sözlərinin davamında deyib: Ağaclarda illik vərdişlərin azaldılması, meyvə ağaclarının budanması, istehsal edilmiş məhsulun keyfiyyətinin artırılması bu ştillərin digər xüsusiyyətlərindən sayılır.
Ağacların illik vərdişi meyvəçilikdə elmi bir termindir və meyvə ağaclarının ildən-ilə qeyri-müntəzəm məhsuldarlığına deyilir. Sadə dillə desək, illik vərdiş xəstə ağacın bir il çox bar verməsi, növbəti il az bar verməsidir.
Bu elm təməlli şirkətin baş direktoru istehsal edilmiş ştillərə işarə edərək əlavə edib: Hal-hazırda şaftalı, nektarin, müxtəlif növ badam əsasları, gilas, albalı Qazilla 6 və Maxima 60 əsasları, Myrobalan gavalı əsası, alma M7 əsası, armud əsasları və püstə əsasları bu elm təməlli şirkətin bəzi məhsullarından sayılırlar.
Mahmudzadə bu şirkətin istehsal etdiyi məhsulların əhəmiyyətinə və kənd təsərrüfatı sahəsində, bağdarlıqda istifadə olunmasına işarə edərək deyib: Bu məhsulun auditoriyası ştill əkənlər, bağdarlar və ümumilikdə isə vegetativ və iqtisadi bağlar salmaq istəyən şəxslərdir.
O, ölkə daxilində istehsal olunan toxum əsaslı ştillərin əhəngli və qələvi torpaqlarla uyğunlaşma kimi çoxlu üstünlüklərə malik olmasına işarə edərək deyib: Bu məhsulların digər üstünlüklərindən erkən məhsuldarlıq və performansın artması, illik vərdişin azaldılması, bağın homojenliyi və əkin-biçin əməliyyatlarında asanlıq, eyni və yüksək keyfiyyətli meyvələrdən faydalanmaq, oxşar xarici məhsullarla müqayisədə daha ucuz və sərfəli olmasına işarə etmək olar.
Bu elm təməlli şirkətin baş direktorunun sözlərinə görə, bu şirkətin məhsulları oxşar xarici məhsullarla müqayisədə daha münasib qiymətə malikdir və ölkə daxilində, ölkə xaricində bağların salınması üçün iqtisadi cəhətdən daha çox diqqət ediləndir.