Türkiyənin Van şəhərində keçirilən beynəlxalq şahmat turniri iranlı şahmatçı Aryən Qulaminin uğuru və qalibiyyəti ilə başa çatıb.
İRİB-nin məlumatına əsasən, Van beynəlxalq şahmat turnirində qrossmeyster Aryən Qulami 5,7 xalla birinci, Əmirrza Pourağabala isə Qulamidən cüzi fərqlə ikinci olubdur.
FİDE ustaları Nima Hüseynzadə və Mahan Ramazani hər birisi altı xalla dördüncü və beşinci olublar.
FİDE ustaları Arya Ümidi və Vəhid Xalisi 5,5 xalla səkkizinci və doqquzuncu yerlərdə qərarlaşıblar.
Van beynəlxalq şahmat turniri iyulun 22-dən 27-dək Van şəhərinin Edremit bölgəsində keçirilib