İranlı qrossmeyster Ermənistanda çempion oldu

İranlı böyük şahmat ustası “Məhəmməd Əmin Təbatəbai” Ermənistanda keçirilən Petrosyan kubokunun çempionu olub.

İRİB”in məlumatına görə, Ermənistanda şahmat üzrə Manuel Petrosyan Kuboku turnirinin final mərhələsi keçirilib və iranlı böyük şahmat ustası “Məhəmməd Əmin Təbatəbai”  27 hərəkətdən ibarət parlaq bir oyunda Almaniyadan olan böyük şahmat ustası “Aleksandr Donçenko”ya qalib gələrək, 6 xalla çempion olub.

Bu çempionluq İranın böyük şahmat ustasının beynəlxalq rütbəsini 2665-ə yüksəldib və hazırda Dünya Şahmat Federasiyasının reytinq cədvəlində 85-ci yeri tutur.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir