Taekvondo üzrə yeniyetmələr arasında dünya çempionatının 5-ci turunda İranın qızlardan ibarət komandası çempionluq titulunu qazanıb.
“İRNA”nın məlumatına görə, Bolqarıstanın Sofiya şəhərində keçirilən yarışlarda İranın qızlardan ibarət taekvondo komandası 4 qızıl, bir gümüş və bir bürünc medal qazanaraq, birinci olub.
Baran Cəmal Livani, Sayna Əlipur, Pərnian Nuri və Həna Zərrinkəmər qızıl, Parnian Saki gümüş, Fateme Baqirzadə isə bürünc medal qazanıblar.
Bundan əvvəl İranın qadınlardan ibarət taekvondo komandası Taekvondo üzrə Asiya Çempionatında da ilk dəfə olaraq, çempionluq titulunu qazanmışdı.
Taekvondo üzrə Yeniyetmələr arasında 5-ci Dünya Çempionatı Bolqarıstanın paytaxtı Sofiyanın ev sahibliyi ilə 90-dan çox ölkədən 669 taekvondoçunun iştirakı ilə iyulun 28-də start götürüb.