Qərbi Asiya Tennis Yarışları oğlanların və qızların yarışında iranlı idmançıların birinci yeri əldə etməsi ilə sona çatıb.
Xarici KİV-in verdiyi məlumata görə, Qərbi Asiya Tennis Yarışlarının (12 ildən daha az) davamında Mayın 5-i İran komandası həssas və nəfəs kəsici bir oyunda Suriyanı 2-0 hesabı ilə məğlub edərək çempion adını qazanıblar.
Qızların yarışında da İran idmançıları eyni hesabla Oman üzərində qələbə qazanıb və kürsünün birinci pilləsinə qalxıblar.
Bu nəticə ilə İranın oğlanlar və qızlar komandası Qazaxıstanda keçiriləcək Asiya Çempionatı yarışlarında iştirak emək üçün vəsiqə əldə ediblər.