Mikroelektromexanika və litoqrafiya sahəsində fəaliyyət göstərən elm təməlli şirkətlərdən biri, avtomobilin hava yastığı sensorlarını istehsal edən cihazı hazırlayıb.
Xarici KİV-in Prezident yanında Elm, Texnologiya və Elm Təməlli İqtisadiyyat müavinliyinə istinadən verdiyi məlumata görə, Aghine Microscale Texnologiya İnkişafı Şirkəti Tehran Universitetinin iki professoru tərəfindən təsis edilib və mikroelektromexanika və litoqrafiya sahəsində fəaliyyət göstərir. Avtomobilin hava yastığı sensorlarını istehsal edən cihaz İranın yerli mütəxəssislərinin səyi ilə hazırlanmış bu şirkətin məhsullarındandır.
Bu şirkətin icraçı direktoru Rza Əsgəri Müqəddəm deyib: Tehran Universitetində mexatronika və mikroelektronika sahəsində tədrislə məşğulam. Təxminən 12 əvvəl litoqrafiya və mikroelektromexanika sahəsində bir şirkət təsis etmək fikrinə düşdüm. Təbii ki, bu idea təxminən 8 il əvvəl həyata keçib.
Bu texnologiya fəalı deyib: Mikroelektromexaniki cihazlar müxtəlif sənayelərdə əhəmiyyətli tətbiqlərə malikdir. Məsələn, bu şirkətdə son istehsalçı üçün hava yastığı sensoru da daxil olmaqla, müxtəlif növ maşın sensorlarının istehsal imkanını yaradan avadanlıqlar və cihazlar hazırlanır.
Aghine Microscale Texnologiya İnkişafı Şirkətinin icraçı direktoru əlavə edib: Bu şirkət İranda öz işində ilk istehsalçıdır və texnologiya sahəsində digərləri üçün bir növ yol açmağı bacarıb. Şirkətin istehsal etdiyi məhsullardan biri, masa üstü litoqrafiya cihazıdır. Bu cihazın maskadakı dizayn yaxud naxışı yüksək dəqiqliklə köçürmək üçün müxtəlif ölçülü maska litoqrafiyası var.