İranlı məktəblilər İsveçrədə keçirilən beynəlxalq innovasiyalar və ixtiralar müsabiqəsində qızıl və gümüş medallar qazanıblar.
İRİB-nin məlumatına əsasən, İranlı məktəblilər Bətul Baqiri və Rahilə Xavəri İsveçrə Beynəlxalq İxtiralar və İnnovasiyalar Müsabiqəsinin qızıl və gümüş medallarını qazanıblar.
Bu məktəblilər “bina təhlükəsizliyi” və “elektronika və mexatronika” ixtisasları üzrə qızıl və gümüş medallara layiq görülüblər.
İran İslam Respublikası İslam İnqilabının qələbəsindən sonra müxtəlif sahələrdə, o cümlədən elm sahəsində mühüm irəliləyiş əldə edib.
Qeyd edək ki, dünya elminin 2 faizi İranda istehsal olunur.