İranlı kinorejissor Red Rock Beynəlxalq Festivalının münsiflər heyətinə seçilib

İranlı kinorejissor Həsən Nəcmabadi ABŞ-da keçirilən 16-cı Red Rock Beynəlxalq Festivalında münsiflər heyətinin üzvü seçilib.

İRİB-nin məlumatına əsasən, Nəcmabadi qısametrajlı filmlər yazıb rejissorluğu ilə məşhurdur. O, “Sülh”, “Mis məftil”, “Qarışqa”, “77 illik tənhalıq”, “Qırmızı fəsil”, “Göy qurşağına doğru”, “Ağ fəsil”, “Aparat” kimi bir neçə qısametrajlı filmin rejissoru olub və bir sıra beynəlxalq mükafatlara layiq görülüb.

O, həmçinin 2019 və 2022-ci illərdə Hindistanda keçirilən “Caypur” festivalının münsifləri olub.

Nəcmabadi 2021-ci ildə 7-ci Amerika Qara Quş Festivalının münsiflərindən biri idi.

Red Rock Beynəlxalq Film Festivalı 2007-ci ildə Yutanın cənubunda yaradılmışdır. 2009 və 2013-cü illərdə bu festival “Movie Maker” jurnalı tərəfindən daxil olmağa dəyər ən yaxşı festivallar siyahısına daxil edilmişdir.

Bu festival müstəqil və peşəkar bazarda filmlər istehsal etməyi hədəfləyən bütün janrlarda bədii və qısametrajlı filmlər olmaqla iki kateqoriyada filmləri qəbul edir.

6-cı Red Rock Beynəlxalq Festivalı oktyabrın 10-dan 15-dək ABŞ-ın Yuta ştatında keçiriləcək. 

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir