İranlı həkim Fatimə Heydəri ümumdünya oftalmologiya fondunun mükafatına layiq görülüb.
İRİB-nin məlumatına əsasən, İranlı gənc oftalmoloq Fatimə Heydəri geniş təhsil və tədqiqat xidmətləri, həmçinin oftalmologiya və optometriya sahəsində iki elmi nəşrin baş redaktoru olduğuna görə, ümumdünya oftalmologiya fondunun mükafatını almağa müvəffəq olub.
Onlarla elmi məqalənin müəllifi olan doktor Fatimə Heydəri həm də Amerika görmə elmləri akademiyasının xüsusi kursunu keçibdir.
Ümumdünya Oftalmologiya Fondu Almaniyada yerləşən beynəlxalq elmi orqandır. Görmə elmləri üzrə tədqiqatçıları himayə və təqdim etməklə məşğul olan fond hər il inkişaf etməkdə olan ölkələrdəki tədqiqatçılara altı min dollar dəyərində mükafat verir.