Iranin gənc qadınlardan ibarət «drakon but» komandası beş yüz metr məsafəyə yarışlarda qızıl medala sahib çıxıb.
İRİB-nin məlumatına əsasən, «Drakon but» üzrə dünya çempionatı yarışları dünən səhərdən Çexiya Respublikasının Raçiç şəhərində başlanıb.
Iranin gənc qadınlardan ibarət «drakon but» komandası finalda iki dəqiqə 45,920 saniyə göstərici ilə dünya birincisi olub və qızıl medal əldə edib.
Ölkəmizin yuxarı yaşlı qadınlardan ibarət «drakon but» komandası bu gün axşam öz mübarizəsinə başlayacaq.