İranlı gənc güləşçilərin Asiyadakı şah əsəri; ilk 5 çəkidə 5 qızıl

İranın gənc güləşçiləri Asiya çempionatı yarışlarında ilk 5 çəkidə 5 qızıl əldə ediblər.

Asiya gəncləri arasında keçirilən Yunan-Roma güləşinin ilk gününün sonunda İranı təmsil edən 5 nümayəndənin hər biri qızıl medal qazanaraq əla performans göstərib.

Belə ki, Əli Əhmədi Vəfa 55 kq çəkidə, İrfan Cerkani 63 kq-da, Əlirza Əbdvəli 77 kq-da, Məhəmməd Hadi Seydi 87 kq-da və Əbülfəzl Fəthi Təzəngi 130 kq-da İran komandasına qızıl medal qazandırıblar.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir